Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2214/2022 26.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1974-cü ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində uca səslə söyüş söyərək ictimai qaydanı pozmuşdur. Vətəndaşı nizam-intizama dəvət etdikdə buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Faiq Duman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xuliqanlıq etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində uca səslə söyüş söyərək ictimai qaydanı pozmuşdur. Vətəndaşı nizam-intizama dəvət etdikdə buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, ikinci dəfə onu intizama dəvət etdikdə isə eşitmədiyini, onu görmədiyini bildirmiş, onun tələbinə əməl etmiş, onunla 2-ci PB-nə getmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yaşadığı evin yaxınlığında telelfonla danışan zaman əsəbiləşərək söyüş söyərkən bir nəfər ona arxadan demişdir ki, söyüş söymə, o arxaya çönüb polis əməkdaşı olduğunu görüb telefonla danışığı saxlayıb bildirmişdir ki, dostu ilə danışır, pul borcludu, gecikdirib deyə əsəbiləşib söyüşlə danışmışdır. Polisin birinci dəfə ona irad bildirməsini eşitməmişdir. Sonra polisin tələbinə tabe olaraq onunla Bölməyə getmişdir. Barəsindəki işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. O xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində uca səslə söyüş söyərək ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. O, bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə sübuta yetirilmir. Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində ictimai qaydanı pozmağa görə onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmuşdur. Onun onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe omaması barədə işdə sübut yoxdur, məhkəmədə də bu müəyyən edilməmişdir. İşdə olan bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması və İİ qrup əlil olmasıdır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, 2-ci qrup əlil olmasını nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 25 avqust 2022-ci il tarixdə, saat 18:30-da tutulmuş, 26 avqust 2022-ci il tarixdə saat 09:00-da azad edilmişdir. Məhkəmə hesab edir ki, bu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30-dan xx.xx.2022-ci il tarixə, saat 09:00-dək tutulduğu müddət nəzərə alınsın və üzərində 75 (yetmiş beş) manat cərimə tənbehi saxlanılsın.. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2214/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2214/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver