Məhkəmə qərarları › İş №3(060)-2218/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2218/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2218/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, X1 verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X3 şikayətlə məhkəməyə müraciət edərək “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi” barədə 18 avqust 2022-ci il tarixli, MN № ******* saylı qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət düzgün verilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, X1 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulsa da, X3 inzibati xəta haqqında qərardan deyil, tərtib edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Odur ki, X1 şikayəti icraata qəbul edilə bilməz. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : X1 “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi” barədə 18 avqust 2022ci il tarixli, MN № ******* saylı qərardaddan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar