Məhkəmə qərarları › İş №3(060)-2219/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2219/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2219/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 müdafiəçisi Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 16 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə qəbul olunmuş 16 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından narazı qalan X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3-(060)-2219/2022 saylı qərarının ləğv edilməsini, X5 tərəfindən verilmiş şikayətin təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə qəbul olunmuş 16 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-544/2022 saylı qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3(060)-2219/2022 saylı qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 16 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından veridiyi şikayətə yenidən baxılması üçün iş materiallarının Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında çıxış edən şikayətçi X1 müdafiəçisi Vəkil bildirdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati qaydada 5000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, X1 qeyd olunan obyektlə heç bir bağlılığı yoxdur, o heç bir ağacı kəsməmişdir və qeyd olunan məsələlərdən xəbəri yoxdur. Bu barədə ona heç nə bildirilməmişdir. Bu hallar Sumqayıt Apellyasiya məhkəməsinin qərarında da öz əksini tapmışdır. Bu səbəbdən də hesab edir ki, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 göstərdi ki, həmin tarixdə həmin ərazidə təmir-tikinti işləri aparılmış, tikinti vaxtı ərazidə olan 1 ədəd ağacın kəsildiyi və üstünün betonla örtdüldüyü aşkar olunmuşdur. Lakin inzibati icraat zamanı həqiqətəndə işin halları hər tərəfli araşdırılmamışdır. Bu səbəbdəndə törədilmiş inzibati xəta ilə bağlı qanunamüvafiq araşdırma aparmaqdan ötrü mübahisələndirilən qərarın ləğv edilərək, işin yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 16 iyun 2022-ci il -ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXMnin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə aktın surətindən görünür ki, “Yaşıllığın mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi məqsədilə aparılmış monitorinq zamanı 13-cü mikrorayon ərazisində Babək küçəsi, “551 Cars” maşın satışı salonunun qarşısında abadlıq işləri görülən zaman bir ədəd (d=4sm) iydə ağacının kök boğazından kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. Hal-hazırda yaşıllıq ərazi beton qatı ilə örtülmüşdür. Ərazinin fotoşəkilləri çəkilərək akta əlavə olunur. İş materiallarında olan 67918 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi “551 Cars” maşın satışı salonunun qarşısındakı yaşıllıq üçün nəzərdə tutulmuş sahədə aparılan abadlıq işləri zamanı köküstə nəzərdə yaş halında 1 ədəd iydə ağacının kök boğazından kəsilərək məhv edilməsi barədə idarənin X3 və Ekoloji Maarifləndirmə sektoru tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 37 saylı monitorinq aktı əsasında qeyd olunan ərazidə yerində araşdırma aparılmış, aparılan araşdırma zamanı baxış keçirilərkən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsində 6 saylı binanın arxasında yerləşən “551 Cars” maşın satışı salonunun qarşısındakı yaşıllıq üçün nəzərdə tutulmuş sahədə aparılan beton döşəmə işləri zamanı ərazidə olan köküstə yaş halda D-4 sm ədəd iydə ağacının qanunsuz olaraq kök boğazından kəsilərək məhv edilməsi faktı müəyyən edilmişdir. Araşdırma müddətində məlum olmuşdur ki, qeyd olunan yaşıllıq sahəsində yerləşən kök üstə yaş halında 1 ədəd iydə ağacı “551 Cars” maşın satışı salonunun sahibi X1 göstərişi əsasında kəsilmişdir. Bununla da “551 Cars” maşın satışı salonunun sahibi X5 tərəfindən “Yaşıllığın mühafizəsi haqqında” qanunun tələbləri pozulmuşdur. Ekoloji araşdırma İdarənin 31 may 2022-ci il tarixli, 45 saylı sərəncamına əsasən aparılmış və 2 akt tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, 551 Cars” maşın satışı salonunun rəsmi olaraq kimin mülkiyyətində və ya icarə əsasında istifadəsində olması, təqdim edilən VÖEN hesabı ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsi, ümumiyyətlə idarə tərəfindən istinad edilən etibarnamənin müəyyən olunmaması halları araşdırılmadan 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə qeyd edilənlərlə bağlı sübutlar təqdim edilə bilmədiyindən və yekun qərar verilməsi mümkün olmadığından bu məsələlərin yenidən tam, hərtərəfli və dəqiq araşdırılması zəruridir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 16 iyun 2022- ci il tarixli, MN № ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 16 iyun 2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 16 iyun 2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar