Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-222/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi və vəkili X3 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 10 yanvar 2024cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «"xxxx" Firması (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola görə "xxxx" Firması 1150000.00 Rusiya rublu məbləğində vəsaiti 24 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1150000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 25 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, mallar satıcı tərəfindən göndərilməmişdir. Müəyyən edilmişdir ki, şirkətin direktoru X1 olan problemlərlə əlaqədar Bakı şəhərinə gəlmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həmin şirkətlə əlaqə yaratmağa çalışsalar da, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi Rusiya Federasiyasının Kirov şəhərində fəaliyyət göstərən "xxxx" MMC "xxxx" Firmasının etibarından sui-istifadə edərək onun pul vəsaitini ələ keçirmişdir. Bununla bağlı "xxxx" firması tərəfindən "xxxx" MMC-nin ünvanına pretenziya məktubu göndərilərək vurulmuş ziyanın ödənilməsi tələb edilmişdir. “Pavloniya" MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən "xxxx" Firması tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin e-2-2(119)- 860/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə iddia təmin olunmuş və Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" MMC-dən ******* (doqquz milyon doxsan yeddi min yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən "xxxx" Firmasına məktub ünvanlanaraq, Rusiya-Ukrayna müharibəsinə görə qeyri-rəsmi məhdudiyyətlər olduğundan həmin yükün ölkədən çıxarılmasının qeyri-mümkün olması və o cümlədən banklara qoyulmuş sanksiyalara görə pul vəsaitinin geri qaytarılmasının mümkün olmadığı bildirilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, istinad edilən inzibati xətanın törədilməsində "Ximekspress-2000” Firmasının təqsiri olmamışdır. Belə olan halda isə, işin icraatına xitam verilməlidir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(008)-6213/2023 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-3924/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, oxşar məsələ ilə bağlı qanuni qüvvəsini almış qərarlar mövcud olmuş, hazırkı işin halları ilə eynilik təşkil edən hallar olan işlər üzrə məhkəmələr tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Əlavə olaraq bildirir ki, eyni məzmunlu protokol üzrə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Firması İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 1073800.00 (bir milyon yetmiş üç min səkkiz yüz) Rusiya rublu pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində yəni, 214760.00 (iki yüz on dörd min yeddi yüz altmış) Rusiya rublu cərimə olunmuş, tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin qərarı ləğv edilmiş, "xxxx" Firmasının əməlində inzibati xəta tərkibinin olmaması səbəbindən iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən "xxxx" Firmasının əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: "xxxx" Firması 1150000.00 Rusiya rublu məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödəniş aparıldığı tarixdən iki il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Firması apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim olunmamışdır. 4-E 2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Firması ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında müqavilə bağlanmışdır. xx.xx.2021-cü il tarixli köçürmə üçün ərizənin sürətindən görünür ki, "xxxx" Firması tərəfindən "xxxx" MMC-nin hesabına 1150000.00 Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-860/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" Firmasının "xxxx" MMC-yə qarşı pul tələbi barədə iddiası təmin olunmuş və Rusiya Federasiyasında qeydiyyata alınmış cavabdeh "xxxx" MMC-dən ******* (doqquz milyon doxsan yeddi min yüz qırx beş) Rusiya rublu məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq Azərbaycan Respublikasında qeydiyyata alınmış iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir. 07 aprel 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firması ilə müqavilə bağlanan "xxxx" MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixdə olmüşdür. İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. "xxxx" Firmasının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi baş vermədən öncə, yəni 25 dekabr 2023-cü il tarixədək "xxxx" Firması tərəfindən "xxxx" MMC-yə müqavilədə nəzərdə tutulan və köçürdükləri məbləğin müqabilində olan malların göndərilməsinə, malların göndərilməsi mümkün olmadığı təqdirdə ödədikləri məbləğin qaytarılmasına dair rəsmi müraciətlər edilmiş, Kirov Əyalətində yerləşən "xxxx" MMC isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar dəmir və ağacdan hazırlanmış məhsulların ixracına qeyri rəsmi məhdudiyyət qoyulduğundan malların göndərilməsinin, müharibə ilə əlaqədar onların əməkdaşlıq etdiyi banka sanksiya tətbiq olunduğundan avansın geri qaytarılmasının mümkün olmadığını bildirmişdir. Göstərilən bu hal "xxxx" Firmasının müqavilə bağladığı və pul vəsaitini göndərdiyi «Pavloniya” MMC tərəfindən öz öhdəliklərinin üzürlü və fors-major hesab olunan səbəbdən (Rusiya-Ukrayna müharibəsi, şirkət rəhbərinin ölməsi) yerinə yetirilməməsinə dəlalət etməklə, bu səbəbdən 02 il ərzində 1150000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsinin göstəricisidir. Məhkəmə hesab edir ki, müqavilə tərəflərindən birinin (hazırki halda «Pavloniya” MMC-nin) öz öhdəliklərini üzürlü hesab oluna bilən səbəblərdən icra etməməsi nəticəsində müqavilənin digər tərəfi təqsirli hesab edilə və digər müqavilə tərəfinin məsuliyyəti öhdəliyi müqavilə şərtlərinə uyğun icra etmiş (hazırki halda müqavilə üzrə müəyyən olunmuş pul vəsaitini ödəmiş) tərəfin üzərinə qoyula bilməz. İXM-nin 75.0-cı maddəsinə görə İnzibati xəta haqqında iş üzrəmüəyyən edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi məsələsidir. Qanunun qeyd edilən normasının mənasından görünür ki, şəsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ən vacib məsələ sonucnunun təqsirinin müəyyən edilmədir Təqsir inzibati xəta tərkibinin əlamətlərindən biri olan subyektiv cəhətin elementidir və inzibati xətanın törədilməsində təqsiri olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması mümkün deyil. Məhkəmə "xxxx" Firması tərəfindən xaricə köçürülmüş pul vəsaiti müqabilində göndərilməli olan malların 02 il ərzində ölkə ərazisinə idxal edilməməsində "xxxx" Firmasının təqsirinin olmadığını, əksinə firmanın özünün maddi zərərə məruz qalaraq hazırki vaxtadək ünvanlarına nə malların göndərilmədiyini, nə də ödədikləri pul vəsaitinin geri qaytarılmadığını, bununla əlaqədar "xxxx" Firması tərəfindən hələ inzibati xəta hadisəsi baş vermədən malların göndərilməsi və ya xaricə köçürdükləri pul vəsaitinin geri qaytarılmasına dair məktublarla müqavilə bağladıqları xarici şirkətə müraciət etdiyini, həmin şirkətin üzürlü hesab edilə bilən-ölkə ərazisindəgedən və hamıya məlum olan müharibə səbəbindən üzərinə düşən öhdəliyi vaxtında icra edə bilməməsini, belə olan halda xaricə köçürülmüş məbləğ müqabilində idxal olunmalı olan malların ölkəyə idxal olunmamasının hüquqi şəxsdən asılı olmayan səbəblərdən baş verdiyini və bu pozuntunun aradan qaldırılması üçün firma tərəfindən zəruri tədbirlərin görüldüyünü nəzərə alaraq "xxxx" Firmasının əməlində AR İXM- nin 430.4-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən "xxxx" Firmasının 1150000.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti 24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən malların (xidmətlərin) ölkə ərazisinə idxal olunmamasında təqsirinin olmamasını və bununla da firmanın əməlində inzibati xəta tərkibinin mövcudluğunun istisna olunduğunu nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, hüquqi şəxs . "xxxx" Firmasının hərəkətlərində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Firması (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-222/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-222/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver