Məhkəmə qərarları › İş №3(060)-2221/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2221/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2221/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30069008 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30069008 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nərimanov küçəsi, 46/42-də avtomobili ilə hərəkətdə olarkən avtomobildə qəfil nasazlıq yarandığından qəza etməmək üçün yolun hərəkət hissəsinin sağına çəkərək dayanmışdır. Tez qəza işıqlarını yandırıb dərhal evakuator xidmətinə zəng edərək avtomobilin daşınmasını sifariş etmişdir. Bu zaman o, avtomobilin arxasında qoşqu vasitələrini quraşdırarkən yanından polis avtomobili keçərək avtomobili burdan yoldan götürməyini bildirmişdir. O isə həmin vaxtı avtomobilin nasaz olduğunu evakuator gələcəyini və 2 dəqiqəyə götürəcəyini bildirmişdir. Polis əməkdaşı hə yaxşı deyərək sürmüş və o isə işinə davam etmişdir. Sonra məlum olmuşdur ki, polis əməkdaşı onun avtomobilinin şəkilini yan və qabaq nahiyədən heç avtomobilindən düşməyərək gizlin çəkərək qaçmışdır. Hətta o, polisin hadisənin real şahidi olduğunu görüb onun sözlərindən sonra gedəcəyinə etibar etdiyindən onun xidməti nömrəsini belə qeyd edə bilməmişdir. Heç düşünməmişdir ki, bu boyda son zərurət halını real görsə də belə özün başa düşməməzliyə qoyar. Daha sonra o, axşam gələn sms məlumatı zamanı bilmişdir ki, heç demə avtomobilinin şəkillərini çəkmişdir. Məhkəmədən DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ30069008 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin baxılmadan ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30069008 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar