Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2222/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Oğuz rayon Məhkəməsinin 2(054)-270/2019 saylı qərarı üzrə 7169 manat və Oğuz rayon Məhkəməsinin 8(054)-20/2025 saylı qərarı üzrə 2390 manat aliment borcunu üzrsüz səbəbdən ödəməkdən yayınır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Oğuz rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(054)-270/2019 saylı icra sənədi 27 avqust 2019-cu ildə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu indiyə qədər qismən ödənişlər etsə də, 9557 manat aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1617/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin tələbkar borcunu tam şəkildə tələb edir, buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, maddi imkanı çox aşağıdır, dəmirçi işləyir və aylıq 425 manat əməkhaqqı alır. Buna görə də, aliment məbləğinin azaldılmasıyla bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, bildirmişdir ki, 3 il övladları onun yanında qalmışdır və həmin müddət ərzində aliment ödəməmişdir. Bu səbəbdən ümumi aliment borcundan 3 il ərzində yığılmış aliment borcunun çıxılmasını istəyir. Məhkəmədən ona borcunu ödəyə bilməsi üçün vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, nikah münasibətlərinə xitam verildikdən sonra borcludan övladları üçün aliment tələb etmiş və borclunun əmlakına həbs qoyulmaqla 1500 manat ala bilmişdir. Həmçinin bildirmişdir ki, borclu işləmədiyi vaxt, özünün isə işlədiyinə görə övladlarını məktəbə aparıb-gətirmək üçün onların atasının evində qalmasını istəmişdir. Bu vəziyyət 2 il bundan əvvəl, 1 il yarım müddətdə davam etmişdir. Bundan sonra uşaqlar həmişə onun yanında olub və onların bütün ehtiyaclarını qarşılamışdır. Həmçinin, bildirmişdir ki, borclu ona keçən il iyul ayından indiyədək 9 ay ərzində 329 manat ödəmişdir. Bundan başqa, həbs olunduqdan sonra may ayında ona ödəniş etməmiş, iyul ayında 200 manat, avqust ayında isə 50 manat ödəmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X3 bildirmişdir ki, işlə bağlı müəyyən məsələlər araşdırılmalıdır. Belə ki, borclu aliment məbləğinin azaldılmasıyla bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, borclu iyul ayında inzibati qaydada tutulmuşdur, buna görə də borcluya borcunun ödənilməsi üçün vaxt verilməlidir. Eyni zamanda uşaqların Şəxs yanında qaldığı vaxt üçün yığılmış aliment məbləği ümumi aliment borcundan çıxılmaldır. Buna görə də bu məsələlərin araşdırılması üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Oğuz rayon Məhkəməsinin 2(054)- 270/2019 saylı icra vərəqinə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-270/2019 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs barəsində Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-270/2019 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-270/2019 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməyiniz xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron İcra” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs “AYTA-LTD MMC”-də dəmirçi vəzifəsində çalışır və 470 manat əməkhaqqı alır. İş materiallarında olan xx.xx.2029-cu il tarixli Borclunun(onun əmlakının və ya uşağının) axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs mülkiyyətində olan ”Opel Astra” markalı, **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xəbərdarlığından görünür ki, Şəxs bu ay da daxil olmaqla 8700 manat aliment borcu var. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatdan görünür ki, Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt şəhər Məhəməsinə təqdimat verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)- 1617/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-270/2019 saylı icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlikyaşına çatmasınadək hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. 2025-ci ilin mart ayından alimentin məbləği 528 manat olmuşdur. 2025-ci ilin iyul ayından borclu həbs olunduqdan sonra ona 250 manat ödəniş etmişdir. Hal-hazırda borclunun ona 9559 manat aliment borcu var. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, onun icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi aylıq gəlirinin 425 manat olmasıdır. İcra sənədi üzrə bu günədək 240-330 azn arası ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-1617/2025 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra ödənişlər yenidən natamam həyata keçirilmiş, borc məbləği artmışdır. Məhkəmə iclasında barəsində icraat aparılan Şəxs 3 il müddətə uşaqların onun himayəsində olması səbəbindən aliment borcunun yaranması barədə bildirdikləri özünümüdafiə xarakterlidir. Belə ki, tələbkar izahat verdikdən sonra məlum olmuşdur ki, həmin müddət 3 il yox 1 il yarım müddəti əhatə etmiş, həmin müddətdə tələbkar özü də uşaqların saxlanmasında iştirak etmişdir. Həmçinin, 1 il yarım müddət üzrə hesablanmış aliment borcu, hazırda ödənilməli aliment borcunun az bir hissəsini əhatə edir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 04 avqust 2025-ci il tarixdən saat 12:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 04 sentyabr 2025-ci il, saat 12.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2222/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2222/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver