Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2223/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 10.06.2021-ci il tarixli 11000/0774 №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin 10.06.2021-ci il tarixli 11000/0774 №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. X4 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 10 iyun 2021-ci il tarixli 11000/0774 saylı inzibati xəta barədə qərar qəbul etmişdir. O, hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi ona özünün 07 may 2021-ci il tarixli 1600-013/002-26/002310 saylı, 20 may 2021 -ci il tarixli 1600-013/002-26/002492 saylı, 31 may 2021 -ci il tarixli 1600-013/002-26/002658 saylı məktubla, 31 may 2021-ci il tarixli 11000-0761/21 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 10 iyun 2021-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məktub onun ünvanına 04 iyun 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Məktub onun ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 11000-0761/21 saylı, 10 iyun 2021-ci il qərar 16 iyun 2021-ci il tarixdə onun ünvanına rəsmi qaydada daxil olmuşdur. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Belə ki, inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olunmuşdur. Bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 29.06.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 09 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs X4 və QƏB Gömrük idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə şikayət vermiş şəxs X2 və QƏB Gömrük idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materianında olan Qərb Ərazi Baş Gömrük idarəsinin 07 may 2021-ci il tarixli 1600-013/002-26/002310 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X4 tərəfindən məktubun qoşmasında göstərilən 28 bəyannamə üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyərinin 112558.40 (bir yüz on iki min beş yüz əlli səkkiz dollar qırx sent) ABŞ dolları 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Faktla bağlı, X4 barəsində Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsində 06.05.2021-ci il tarixli 34/021/004340 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün 19.05.2021-ci il tarixdə saat 11:00-da X7 (Təhqiqat Şöbəsi) gəlməsi tələb olunmuşdur. İş materianında olan Qərb Ərazi Baş Gömrük idarəsinin 20 may 2021-ci il tarixli 1600-013/002-26/002492 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X4 tərəfindən məktubun qoşmasında göstərilən 28 bəyannamə üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyərinin 112558.40 (bir yüz on iki min beş yüz əlli səkkiz dollar qırx sent) ABŞ dolları 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Faktla bağlı, X4 barəsində Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsində 06.05.2021-ci il tarixli 34/021/004340 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün 27.05.2021-ci il tarixdə saat 11:00-da X7 (Təhqiqat Şöbəsi) gəlməyiniz tələb olunmuşdur. Əks təqdirdə iştirakı olmadan barəsində İnzibati xəta haqqında protokol tərtib ediləcəyi qeyd olunmuşdur. İş materianında olan Qərb Ərazi Baş Gömrük idarəsinin 31 may 2021-ci il tarixli 1600-013/002-26/002658 saylı məktubundan görünür ki, X4 barənizdə 31.05.2021-ci il tarixində Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində İXM-nin 483-cü maddəsilə iş üzrə icraat başlanılmış və 31.05.2021-ci il tarixli, 11000-0761/21 saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. 31.05.2021-ci il tarixli, 11000-0761/21 saylı İnzibati xəta haqqında Protokol və İşə baxılmanın vaxtı və yeri haqqında Qərardad məlumat üçün X3 göndərilmişdir. İş materialına əlavə olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, QƏB Gömrük İdarəsi X4 barəsində inzibati xəta haqqında 31.05.2021-ci il tarixli, 11000-0761/21 saylı protokol tətbiq edilib. İş materialına əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, QƏB Gömrük İdarəsinin inzibati xəta haqqında 10.06.2021-ci il tarixli, 11000/0774 saylı qərarı ilə X3 191.349,28 manat cərimə tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 №-li Fərmanı ilə təsfiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasını təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3.-cü bəndinin tələblərinə əsaən 180 gün müddətinə xarici valyuta vasitələri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, QƏB Gömrük İdarəsinin inzibati xəta haqqında 10.06.2021-ci il tarixli, 11000/0774 saylı qərarı qanunvericiliyə uyğun qəbul olunmuşdur. Belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, X5 daxil olmuş 06.05.2021-ci il tarixli 34/021/004340 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan X4 (Vöen **********) tərəfindən 01.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək 28 bəyannamə üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyərinin 112558.40 (bir yüz on iki min beş yüz əlli səkkiz dollar qırx sent) (191349.28 manat) ABŞ dolları olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. X1 01.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək 28 bəyannamə üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün dəyərinin 112558.40 (bir yüz on ıkı min beş yüz əlli səkkiz dollar qırx sent) ABŞ dolları və yaxud 191349.28 (bir yüz doxsan bir min üç yüz qırx doqquz manat iyirmi səkkiz qəpik) AZN məbləğində olan valyuta vəsaitim xaricdən qaytarmamaqla gömrük qaydalarının əleyhinə olan inzibati xətaya yol vermişdir. Nəticədə, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. X4 şikayət ərizəsində inzibati xətaya əsas olmuş məbləğlər iddiaçıya məxsus bank hesabına mədaxil olduğunu, bununla bağlı bank hesabından, kart hesabından çıxarışlar məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirsə belə X4 tərəfindən məhkəməyə hər hansı bir mötəbər sənəd təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin inzibati xəta haqqında iş üzrə 10.06.2021-ci il tarixli 11000/0774 №li inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2223/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2223/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver