Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2225/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Şikayət vermiş şəxs - X4 nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vətəndaş X5 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: İnzibati tənbeh vermə haqqında 05 avqust 2022-ci il tarixli, MN ******* saylı qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 2500,00 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X4 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əsas götürülmüşdür ki, Sumqayıt şəhər, 9-cu mikrorayon, “Savalan” şadlıq sarayında 27 iyul 2022-ci il tarixdə atmosferə atılan tullantıların tutulub zərərsizləşdirilməsi üçün qaz-toz təmizləyici qurğudan atmosferə atılan zərərli maddələrin miqdarının guya normadan artıq olması müəyyən edilmiş, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin tələbini pozmuş və bu barədə 27 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta ahqqında protokol tərtib olunmuşdur. Hesab edir ki, həmin protkol və qərar tamamilə əsassız və qeyri-obyektivdir, inzibati xəta haqqında protokol və qərarda maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Yoxlayıcı orqan qeyd olunan tullantı qazlarının hansı cihazla, hansı formada müəyyən etməsi barədə heç bir məlumat verməmiş, bu normanı ölçən cihazın sertifikasiyadan keçib-keçməməsi barədə müvafiq sənədlər təqdim etməmiş, öz şəxsi mülahizələri ilə protokol tərtib etmiş, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, qərəzli şəkildə tərtib edilmiş həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 4 Saylı RETSİ-nin rəisi X7 tərəfindən “Savalan” Şadlıq Sarayının icarəçisi X5 barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq qəbul edilmiş və vətəndaş X5 Azərbaycan Respublikası İXM-nin 233.1ci maddəsində əsasən 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin protokoldan görünür ki, X5 protokolu imzalamamış, onun adının qarşısında imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Məhkəmə şikayət vermiş şəxsin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisinin, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X4 və onun müdafiəçisinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməlidir. Belə ki, şadlıq evində tüstü bacasından atmosferə atılan zərərli maddələrinin təmizlənməsi üçün xüsusi quraşdırılmış cihazın olmasına dair şikayətçinin təqdim etdiyi fotoşəkil və ya həmin vaxtı məhz “Savalan” şadlıq evinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması, ölçümənin hansı şəraitə keçirilməsinə dair sübutun olmaması, aktların maraqlı şəxslərin tərəfindən imzalanaraq X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinməsi tamamilə əsassız olmasına baxmayaraq, bütün yuxarıda qeyd edilənlərin məhkəmə tərəfindən qiymət verilməsinə ehtiyac yoxdur. Ona görə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama qanunsuz olmuşdur. Yəni, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 20 oktaybr 2015-ci il tarxdə təsdiq etdiyi Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasinin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair qəbul edilmiş 05 avqust 2022-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2225/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2225/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver