Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2226/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Ziyad Nurəliyevin, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1970-ci ildə Laçın rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs onun başına vurmaq istədiyi daş parçasını əlindən almaq istəyərkən daş parçası Zərərçəkmiş şəxs əlinə dəyərək sonuncunun əlinə xəsarət yetirməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin sahə rəisi polis kapitanı Ziyad Nurəliyev izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs onun başına vurmaq istədiyi daş parçasını əlindən almaq istəyərkən daş parçası Zərərçəkmiş şəxs əlinə dəyərək sonuncunun əlinə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs 2-ci Polis Bölməsinə ərizə ilə şikayəti əsasında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Ülvi Əliyev tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə göndərilmiş, bundan sonra barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 121 saylı evin həyətində quş damı inşa etmək üçün «Zil» markalı avtomobillə həyətə qum gətirərək qardaşı Sahil də qumun boşaldılması üçün ona kömək etmişdir. Həmin vaxt qonşuluqda 118 nömrəli fərdi evdə yaşayan bacısı Zərərçəkmiş şəxs həyətə gələrək həyətin ona məxsus olduğunu və burada heç bir iş görülməyəcəyini deyərək yerdən daş parçasını götürüb qardaşı Sahilin sol bilək nahiyəsinə, daha sonra əlindəki daşla onun başına vurmaq istədikdə daşı tutduğu üçün daş başına deyil, sağ əlinin baş barmağının üst hissəsinə dəyib əzmişdir. O, bacısı Həcəri vurmamış, əksinə özü xəsarət almışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun bacısı, Babək Cəfərzadə isə onun bacısının oğludur. Yaşadığı evin qarşısında ona məxsus 118 nömrəli, 0.03 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsinin üzərində o, bacısı Səbirə ilə birlikdə yarımtikili tikmişlər. Həmin yeri sonradan kirayə vermək və əldə etdikləri gəliri bacısı Səbirə ilə birlikdə böləcəkləri barədə razılığa gəlmişlər. Lakin sonradan aralarında olan sövdələşmə baş tutmamış, Səbirə tikinti üçün onun çəkdiyi xərcləri öhdəsinə götürəcəyini vəd etmiş, lakin sonradan Səbirənin oğlu Babək tutulduğu üçün aralarında olan bu sövdələşmə də baş tutmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində ona məxsus həyətindən səs-küy gəlmiş, bu zaman həyətdə bacısı Səbirənin və oğlu Babəkin həyətə tikinti materialları, qum və mişar daşı gətirdiyini görmüş, ondan xəbərsiz həyətdə tikinti işləri aparılması ilə bağlı onlara öz iradını bildirmiş, bu səbəbdən mişar daşı gətirən maşını saxlatdırmışdır. Bundan sonra aralarında münaqişə baş vermiş, bu zaman Babək gözlənilmədən onun başından bir neçə dəfə yumruqla vuraraq onu yerə itələmişdir. O, telefonunu əlinə alıb zəng etmək istəyən zaman Səbirə onun əlindən telefonu almaq istəmişdir. Ona xəsarəti Səbirə yox, onun oğlu Babək yetirmişdir. Buna baxmayaraq Səbirədən şikayətçidir. Məhkəmə iclasında Şahid bildirdi ki, 03.08 2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 121 saylı evinin həyətində bacısı Şəxs quş damı inşa etmək üçün «Zil» markalı avtomobilə həyətə qum gətirərək o da qumun boşaldılması üçün bacısına kömək etmişdir. Həmin vaxt qonşuluqda 118 nömrəli fərdi evdə yaşayan digər bacısı Zərərçəkmiş şəxs həyətə gələrək həyətin ona məxsus olduğunu və burada heç bir iş görülməyəcəyini deyərək münaqişə yaratmışdır. Mübahisə zamanı bacısı Şəxs digər bacısı Həcəri nəinki vurmaq, heç barmağı ilə belə toxunmamışdır. İşdə olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Ülvi Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X1 Şəxsindən daxil olmuş 1289 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ bazunun, sol bazunun, sağ budun, sol baldırın qançırı.Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş və şahidlərin izahatı ilə birlikdə araşdıraraq, işin hallarını, xəsarətin xarakterini, nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin inzibati xəta haqqında protokolda qeyd olunduğu kimi baş verməsi qənaətinə gəlmək mümkün deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Ziyad Nurəliyevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Belə ki, ittiham tərəfinin məhkəmədə sübut kimi göstərdiyi, məhkəmə iclasında sərbəst izahatları alınan həm Zərərçəkmiş şəxs həm də Şahid baş vermiş hadisənin Şəxs tərəfindən törədilmədiyini qeyd etmişlər. AR İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi qanunverici bu kateqoriyadan olan işləri birbaşa olaraq zərərçəkmiş şəxsin iradə ifadəsindən asılı olaraq təfsir etmişdir. Hazırkı iş üzrə Zərərçəkmiş şəxs baş vermiş hadisənin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs tərəfindən törədilmədiyini məhkəmə iclasında öz sərbəst izahatında qeyd etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan şübhələr Zərərçəkmiş şəxs xeyrinə həll olunmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığına və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2226/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2226/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver