Məhkəmə qərarları › İş №3(060)-2227/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2227/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2227/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, İcra sənədi üzrə tələbkar – X1, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən 30 iyun 2021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 31 may 2020-ci il tarixli icra qeydinə əsasən X1 xeyrinə Şəxs 2000 (iki min) manat tutulmalıdır. Lakin icra qeydi üzrsüz səbəbdən icra edilmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədov Məhkəmədə çıxış edərək bildirdi ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 8İ-2676 saylı 31 may 2020-ci il tarixli icra qeydinə əsasən X1 xeyrinə Şəxs 2000 (iki min) manat tutulmalıdır. Lakin icra qeydi borclu şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, icra sənədi üzrə borclu şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 31 may 2020ci il tarixli icra qeydinə əsasən X1 xeyrinə ondan 2000 (iki min) manat tutulmalıdır. Borcunu tam şəkildə ödəməyə imkanı çatmamışdır. Əvvəllər borcundan cəmi 342,89 manat ödəniş etmişdir. Son bir ilə yaxındır ki, işsizdir. 28 iyun 2021-ci il tarixindən "xxxx" MMC-də işə düzəlmişdir. Hazırda ilk 3 ay 70 manat, sonrakı aylarda 100-150 manat ödəniş edə bilər. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən icra sənədi üzrə tələbkar X2 izahatında göstərdi ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 31 may 2020-ci il tarixli icra qeydinə əsasən Şəxs tərəfindən ona ödənilməli olan 2000 (iki min) manatın ilk 3 ay 70 manat, sonrakı aylarda 100-150 manat olmaqla ödəniş edilməsinə razıdır. Belə olan halda Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs ilə "xxxx" MMC arasında 01.07.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. O, "xxxx" MMC-də mexanik vəzifəsində işləyir və aylıq əməkhaqqı 300 (üç yüz) AZN təşkil edir. Həmçinin iş materiallarına əlavə edilmiş “X6” MMC tərəfindən təqdim edilmiş sənəddən görünür ki, 8İ-2676 saylı 31 may 2020-ci il tarixli icra sənədinə uyğun olaraq Şəxs əmək haqqından tutlmaları 2020-ci ilin avqust ayında dayandırılmışdır. Ümumilikdə qeyd edilən icra vərəqi üzrə 342,89 manat tutularaq X1 hesabına köçürülmüşdür. İcranın dayandırılmasının səbəbi işçinin öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinin 13.08.2020-ci il tarixdə ləğv edilməsi olmuşdur. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar X1 məhkəmə iclas zalında təqdim etdiyi 30.06.2021-ci il tarixli ərizəsindən görünür ki, icra qeydinə əsasən Şəxs tərəfindən ona ödənilməli olan 2000 (iki min) manatın ilk 3 ay 70 manat, sonrakı aylarda 100-150 manat olmaqla ödəniş edilməsinə razıdır. Belə olan halda Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləri qismində Qanunda öz əksini tapmışdır. Həmçinin icra işinin materiallarından da görünür ki, icra sənədi üzrə borclu şəxsin pensiya haqqından tutulmanın aparılması icra məmuru tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs işlədiyi dövr ərzində icra sənədi üzrə əmək haqqından tutulmaların həyata keçirilməsinə etirazı olmamışdır. Hazırda işə düzəlmişdir. Özü də hər ay ödəniş etməyi öhdəsinə götürür. İcra sənədi üzrə tələbkarın da buna etirazı yoxdur. Qeyd olunan hallar Şəxs tərəfindən qərəzli olaraq icra sənədini icra etməkdən boyun qaçırmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar