Məhkəmə qərarları › İş №3(060)-2228/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2228/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2228/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən Şəxs xx.xx.2023cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində YPX əməkdaşları tərəfindən saxlanılan zaman səs-küy salaraq kənardakıların diqqətini özünə cəlb edib xırda xuliqanlıq əməli törətmiş və nəqliyyat vasitəsinin açarlarını təqdim etməyib hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-dən X1 barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. b Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2228/2023 və 3(060)- 2229/2023 nömrəli işlər bir icraatda, yəni 3(060)-2229/2023 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyi məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 18 sentyabr 2023-cü il tarixə, saat 15:35-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2228/2023 və 3(060)-2229/2023 nömrəli işlər bir icraatda, yəni 3(060)-2229/2023 nömrəli işlər bir icraatda birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar