Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2229/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 25 avqust 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''DİADEM'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''DİADEM'' QSC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs QSC 3262000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 avqust 2022-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs QSC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə Şəxs MMC ilə X2 "xxxx" MMC şirkəti arasında bağlanmış 04-167- 07/20 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 18 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə köçürülən 3262000.00 Rusiya rublu məbləğində alınan mallar ölkəyə idxal olunmasına baxmayaraq bankın məlumat bazasında həmin köçürmənin bağlanması ilə əlaqədar müvafiq texniki səhvə yol verilmiş, yəni müqavilənin tarixi yanlış göstərildiyi üçün qeydiyyat aparılmamışdır, lakin müqaviləyə əsasən sifariş verilən mallar tam həcmdə ölkəyə gətirilmişdir.Belə ki, Bu fakt "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubla da təsdiq edilir. Bundan başqa bu fakt **********2138, **********2324 və **********3239 saylı Gömrük bəyannamələri ilə də təsdiq olunur. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli, 04-167-07/20 saylı müqavilə üzrə 3262000.00 rubl məbləğində pul Şəxs QSC tərəfindən "xxxx" şirkətinə köçürülmüşdür. İş materiallarında olan Şəxs QSC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 88 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müqavilə əsasında 18 avqust 2020-ci il tarixində köçürülmüş vəsait hesabına idxal olunan mallara dair məlumatların qeydə alınmamasının səbəbi barədə arayış verilməsi üçün banka müraciət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs QSC-yə ünvanlanmış 200/200/0992/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “”Diadem” QSC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə köçürülmüş ******* rub vəsaitin məktubda qeyd olunmuş gömrük bəyannamələri üzrə bağlanmamasının səbəbi köçürmə zamanı təqdim olunmuş müqavilənin tarixi xx.xx.2020-ci il, bəyannamədə rəsmiləşdirilmiş müqavilənin tarixi isə xx.xx.2020-ci il olaraq qeyd olunmasıdır. İş materiallarında olan “**********2138, **********2324 və **********3239 saylı Gömrük bəyannamələrindən görünür ki, 04-167-07/20 saylı müqavilə üzrə 18 avqust 2020-ci il tarixdə köçürülən ******* Rusiya rublu məbləğində vəsaitin hesabına alınan mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur. Sadicə 04-167-07/20 saylı müqavilənin tarixi xx.xx.2020-ci il əvəzinə yanlış olaraq xx.xx.2020-ci il göstərilmişdir. "xxxx" ASC tərəfindən qey olunan hal öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X6 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarından da göründüyü kimi Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5021, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs QSC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2229/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2229/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver