Məhkəmə qərarları › İş №3(060)-223/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-223/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-223/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhislli, işləməyən, Bərdə rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 24 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə, saat 18:50 radələrində Sumqayıt şəhəri, Avtovağzalın qarşısında ucadan nalayiq ifadələr işlədən zaman Şəxs nizam-intizama dəvət edərkən polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18:50 radələrində sərxoş halda qeyri rəsmi yaşadığı X2 işlədiyi yerə getmiş, həmin an aralarında söz mübahisəsi yaranmış, ərazidə olan PPX-nin əməkdaşları onlara yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də o, buna məhəl qoymayaraq uca səslə öz hərkətlərinə davam etmişdir. Daha sonra PPX-nin əməkdaşları onu PB-nə getməli olduğunu bildirdikdə o, buna öz etirazını bildirmişdir. Bu zaman PPX-nın əməkdaşları güc təzyiqi ilə onu avtopatrula əyləşdirərək ərazi üzrə PB-nə gətirmişlər. Hazırda törətdoyim əməldən səmimi peşiman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Pİ-nin PPXT-nun İ bölüyünün polis nəfəri polis serjantı Şahid izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində 8136 çağrışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Yusif Ələkbərovla birlikdə xidmətdə olan zaman Avtovağzalın qarşısında 2 nəfər vətəndaşın səs-küy salaraq bir nəfər kişi qadına qarşı nalayiq ifadələr işlədib narahat etdiyini görüb həmin vətəndaşlara yaxınlaşaraq özlərini təqdim edərək vətəndaşı sakitləşdirməyə calışaraq onu avtopatrula əyləşdirib baş verən mübahisəni aydınlaşdırmağa calışmaq istədikdə vətəndaş onların qanuni tələblərinə qəsdlə məhəl qoymayaraq avtopatrula əyləşməkdən imtina edərək səs küy salmışdıər. Sonra onu avtopatrula əyləşdirib aidiyyəti üzrə PB-nə gətirmişlər. PB-də müəyyən olunmuşdur ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxsdur. PB-də olarkən ondan kəskin spirt qoxusu gəldiyi müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/119 №li 23 yanvar 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (23 yanvar 2023-cü il saat 19:20) 1,033% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materialında olan 23 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 yanvar 2023-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş və 24 yanvar 2023-cü il tarxidə saat 11:00-da azad edilmişdir. İXM-nin 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və inzibati xətanın sərxoş halda törədilməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hallar kimi nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə tənbehi yüngülləşdirilsin və üzərində qəti olaraq 150,00 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar