Məhkəmə qərarları › İş №3(060)-2230/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2230/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2230/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 oğlunun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarlardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən qəbul edilmiş 11.07.2020-ci il tarixli İXP *** **** saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarların ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 30.06.2021ci il tarixdə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında qərarları qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X2 izahatında bildirdi ki, 11.07.2020-ci il və 14.12.2020-ci il tarixlərində Bakı şəhəri ərazisində polis əməkdaşı tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsaslanaraq ayrı-ayrılıqda 200 AZN, ümumilikdə 400 AZN miqdarında cərimə edilmişdir. Hesab edir ki, haqqında tərtib olunmuş 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, qida sektorunda daşıma ilə məşğuldur və həmin vaxt dükanlara məhsul aparan zaman cərimə olunmuşdur. İcazə üçün portalda qeydiyyatdan keçməmişdir, lakin buna baxmayaraq elə hesab edir ki, o ərzaqla dolu yük maşınını idarə edərkən cərimələnməməlidir. Bütün bunları nəzərə alaraq hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub, odur ki, qeyd olunanları nəzərə alaraq şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollarla ayrı-ayrılıqda 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, karantin rejimi dövründə ölkə ərazisində fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin karantin qaydalarına əməl etməməsi onları məsuliyyətdən azad etmir. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunmuş 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X2 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət təmin olunmasın. X1 barəsində tərtib olunmuş 11.07.2020-ci il tarixli İXP ******* saylı və 14.12.2020-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar