Məhkəmə qərarları › İş №3(060)-2230/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2230/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2230/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 25 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 38024.75 ABŞ dolları məbləğində vəsaiti 13 avqust 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38024.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 14 avqust 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, 25 avqust 2022-ci il tarixdə AR Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məccəlləsinin 430.4 maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Bununla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixdə Şəxs QSC ilə “Eleks Dış Ticaret A.Ş.” arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyə Respublikasının “Eleks Dış Ticaret A.Ş.” şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 20 oktyabr 2020-ci il tarixdə “Eleks Dış Ticaret A.Ş.” köçürülən vəsaitin 38024.75 ABŞ dolları məbləğində hissəsi hesabına alınan mallar ölkəyə həmin müqavilənin şərtlərinə uyğun olaraq, “Eleks Dış Ticaret A.Ş.” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilərək **********5371 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən qeydiyyat aparılaraq qeyd olunan bəyannaməni bankın möhürü ilə təsdiq etmişdir. Bunları nəzərə alaraq Şəxs QSC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə xitam edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSCnin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********5371 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 76049.50 ABŞ dolları məbləğində mallar “Eleks Dış Ticaret A.Ş.” tərəfindən Şəxs QSC-nin ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 25 avqust 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 38024.75 ABŞ dolları məbləğində vəsaiti 13 avqust 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 38024.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********5371 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, 13 avqust 2020-ci il tarixində xaricə köçürülmüş vəsait hesabına alınan mallar (xidmətlər) 2 il ərzində ölkəyə idxal edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 25 avqust 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar