Məhkəmə qərarları › İş №3(060)-2232/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2232/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2232/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı Nümayəndə, Qərardan şıkayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Koroğlu küçəsində **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkətdə olarkən gecə saat 12 radələrində Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı Nümayəndə ona saxla əmri vermiş və o da dərhal avtomobilini sağa çəkib saxlamışdır. O, saxlama səbəbini soruşanda Nümayəndə bildirmişdir ki, onun avtomobilinin duman faralarına baxış keçirmək istəyir. Polis serjantı ondan avtomobilinə yaxınlaşıb kapotu açmağı bildirmiş və daha sonra qeyd etmişdir ki, onun avtomobilində duman fara əvəzinə setka olmalıdır. Sürücü 3 il 3 ay ərzində avtomobili Bakı şəhərinə gətirdiyini və belə bir problemlə rastlaşmadığını qeyd etmişdir. Daha sonra Məlikov Rəhimə avtomobilinin dayanacaqda qalmalı olduğu bildirilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ Yol Patrul inspektoru, polis serjantı Nümayəndə məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:56 radələrində Məlikov Rəhim HYUNDAİ SONATA minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən duman faralarından istifadə etdiyinə görə saxlanılmış və sürücüyə qayda pozuntusu izah edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, konstruksiyanın tələblərinə uyğun olmayan duman faraları kustar üsulu ilə işıq cihazlarına birləşdirilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol və həmin protokola əsasən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Qərardan şıkayət vermiş şəxs X1 şikayətinin təmin olunmamasını və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X2 HYUNDAİ SONATA markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən kustar üsulu ilə işıq cihazlarına birləşdirilmiş duman faralarından istifadə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblərin pozulması, avadanlığın quraşdırılması və dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə müəyyən edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavədə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejiminin nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısında göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş qayda pozuntusunu özündə əks etdirən videogörüntüdə qərardan şikayət vermiş şəxs X1 idarə etdiyi HYUNDAİ SONATA markalı, **-DU-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyanın tələblərinə uyğun olmayan, kustar üsulu ilə işıq cihazlarına birləşdirilmiş duman faralarından istifadə etmişdir. Həmçinin izibati xəta haqqında materiallarda X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Sumqayıt şəhər DYPŞ polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 –ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhər DYPŞ polis polkovnik leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar