Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2233/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində bölməyə dəvət olunan zaman bölməyə gəlmək istəməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Pİ-nin 1-ci Polis bölməsinin sahə rəisi polis kapitanı X2 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs anası Kəmalə Həsənova DİN-nin 102 xidmətinə müraciət etmiş və onun şikayəti əsasında tərəflərin yaşadıqları evə gedən zaman aralarında mübahisə olduğunu öyrənmişlər. Həmin vaxt Şəxs içkili olduğundan şübhələnmiş və ona görə də onu Bölməyə dəvət etmişlər. Lakin Şəxs bölməyə gəlmək istəməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Bu faktla bağlı inzibati qaydada araşdırılma aparılmış, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması müəyyən edildiyindən, o, sonuncunun barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokolu tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, həmin vaxt içkili olduğundan polis əməkdaşlarının tələblərinə birinci dəfə tabe olmasa da, sonradan onlara tabeçilik göstərmişdir. Hazırda törətdiyi əməldən peşimandır, bir daha belə səhvlərə yol verməyəcək. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri protokol tərtib edən şəxsin izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 1-cü Polis bölməsinin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılarkən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edildi. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsində müəyyən edilmiş məsuliyyətiniağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, xəta törətmiş şəxsin şəxsiyyətini,təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi cərimə tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-2233/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2233/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver