Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2234/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, X1nın, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, istifadəsində olan “Nissan Tida” markalı ** EM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhəri, Babək küçəsi ilə üzü Niyazi küçəsi istiqamətində sol zolaqla hərəkət edərək sağa dönmə işığından istifadə edib sağ zolağa keçmiş, daha sonra hərəkətini maşınların parklanma yerinə doğru hərəkət etdirmək üçün sağa dönmə işığından istifadə edərək parklanma nöqtəsinə manevr etmək istəyərkən yolun sağ (əsas hərəkət hissəsi olmayan) hissəsindən **-ZZ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “Lada priora” markalı avtomaşın idarə etdiyi “Nissan Tida” markalı maşına çırpılmışdır. Hadisə nəticəsində istifadəsində olan maşına ciddi ziyan dəymişdir. Həmin yol iki gəliş və iki gediş olmaqla dörd hərəkət hissəsindən ibarətdir. Hadisə baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng edilərək məlumat verilmişdir. Hadisə yerinə yaxınlaşan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən baş vermiş qəza qeydə alınmış və ən qısa müddətdə Sumqayıt ŞPİ-nin DYPŞ-nə yaxınlaşmaları bildirilmişdir. Hadisəyə hüquqi qiymət verilməsi üçün iş Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşı X3 həvalə olunmuşdur. xx.xx.2024-cü il tarixdə hər iki tərəfin iştirakı ilə Sumqayıt ŞPİ-nin DYPŞ-də olmuşlar və hadisənin təfərrüatları Ə.İsmayılova bildirilmişdir. Ə.İsmayılov həmin maşınların hərəkət etdiyi istiqamətdə 3 və daha artıq maşının gedə biləcəyini, bunun tamamilə qanuni olduğunu bildirərək yolun əsas hərəkət hissəsi olmayan yerdən çıxan nəqliyyat vasitəsinin zərər yetirməsini onun günahı kimi qiymətləndirmişdir. Hadisə baş verdikdən dərhal sonra çəkilmiş fotoşəkillərə baxmasını istəsək də, şəkillərə baxmaqdan imtina etmişdir. Təkidli tələblərindən sonra Ə.İsmayılov onlara məxsus olan maşınla hadisə yerinə baxış keçirmiş və ərazidə olan digər ticarət və iaşə obyektlərində olan kameralarda hadisə olan ərazinin video görüntüsünün olub-olmamasını yoxlamışdır. Təəssüf ki, həmin kameralarda hadisə baş verən ərazinin görüntüsü qeydə alınmamışdır. Hadisə ilə bağlı düzgün qərar verilməsi məqsədilə təkrar tələblərindən sonra hadisənin baş verdiyi ərazidən arxada yerləşən, dairəvi hərəkətdə olan təhlükəsizlik kamerasının görüntülərinə baxılması üçün Sumqayıt şəhər Baş Polis İdarəsindən görüntülər alınmışdır. Görüntülər CD diskdə Ə.İsmayılov tərəfindən götürülmüş və xidməti otağında onların da iştirakı ilə baxılmışdır. Kamera görüntülərində hərəkətdə olan nəqliyyat vasitələrinin Babək küçəsinə girməsi aydın görünsə də, hadisənin baş verməsi anı və nəqliyyat vasitələrinin hərəkət trayektoriyası aydın seçilməmişdir. Dəqiq olmayan görüntülərdən Ə.İsmayılovun verdiyi qərar onun tərəfindən etirazla qarşılanmışdır. Qərarın əsaslandırılması tələblərinə məhəl qoymayaraq Ə.X7 Məcəlləsinin 327.1-ci (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə TP ******* nömrəli qərar qəbul etmişdir. Hesab edir ki, verilən qərar əsassızdır və Ə.İsmayılovun birtərəfli mövqe tutması ilk araşdırmadan açıq-aydın görünürdü. Hadisə digər nəqliyyat vasitəsinin yolun əsas hərəkət hissəsi olmayan yerindən (onun sağından) ötmə əməliyyatı etməsi səbəbindən baş vermişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ilk olaraq yolun sol hərəkət zolağında olmuş, sağa dönmə işığını yandıraraq park yerinə girmək istəmiş, bunun üçün sağda ondan arxada avtomobil ona yol vermiş, həmin avtomobilin önündən keçib park yerinə daxil olmaq istəyən zaman “Lada Priora” markalı avtomobil onun avtomobilinə çırpılmışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 şikayətlə razılaşmayaraq bildirmişdir ki, sürücü X8 digər sürücünün yolun yardımçı hissəsindən hərəkət edərək onun avtomobilinə dəyməsini bildirir. Lakin, X8 özü manevr qaydalarını pozaraq digər avtomobilin hərəkət hissəsinə çıxdığı üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, təqdim edilmiş kamera görünütülərində qəza anı olmasa da, X4 idarə etdiyi “Nissan Tiida” markalı avtomobilin hərəkət etməsi, ondan bir neçə saniyə sonra isə həmin yolda yol nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Lada Priora” markalı avtomobilin hərəkət etməsi müşahidə edilir. Bundan saniyələr sonra isə yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da təsdiq edilir ki, “Lada Priora” markalı avtomobil yol kənarından hərəkətə başlamamış, yolun əsas hərəkət hissəsində hərəkətdə olmuş, hadisənin səbəbi “Nissan Tiida” markalı avtomobilin sürücüsü X4 manevr qaydalarını pozması olmuşdur. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Lada Priora” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Babək küçəsində idarə edərkən ondan öndə sol hərəkət zolağında hərəkətdə olan avtomobilin qarşısından bir avtomobil manevr onun avtomobilinin sol hissəsinə çırpılmışdır. Həmin vaxt o yolun kənarında deyil, əsas hərəkət hissəsində hərəkətdə olmuşdur. Hərəkət sürəti isə təxmini 30-40 km/ saat olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 20:15-də Sumqayıt şəhəri Babək küçəsində “Nissan Tiida” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri Babək küçəsində ilk öncə “Nissan Tiida” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edir, ondan bir neçə saniyə sonra isə “Lada Priora” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti müşahidə edilir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, “Nissan Tiida” markalı **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı tərəfi “Lada Priora” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Beləliklə də, müəyyən edilmişdir ki, X8 xx.xx.2024-cü il tarixdə saat 20:15-də Sumqayıt şəhəri Babək küçəsində “Nissan Tiida” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə özündən sağda hərəkətdə olan “Lada Priora” markalı **-ZZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə çırpılmışdır. Qeyd edilən səbəbdən də hazırda mübahisələndirilən qərarla Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X1 hazırda şikayətinin dəlili kimi digər nəqliyyat vasitəsinin sürücüsünün qəza şəraiti yaratmasını, yolun hərkət hissəsindən deyil, kənarından hərəkət edərək onun avtomobilinə dəyməsini bilmdirmişdir. Lakin, məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən də müəyyən edilmişdir ki, hər iki avtomobil bir neçə saniyə fərqlə Sumqayıt şəhəri Babək küçəsində hərəkətdə olmuşlar, yəni “Lada Priora” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarından hərəkətə başlayaraq şikayətçinin idarə etdiyi avtomobili vurması öz təsdiqini tapmamışdır. Bundan əlavə işə əlavə edilmiş foto şəkillərdən də görünür ki, “Nissan Tiida” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi “Lada Priora” markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsinə çırpılmışdır. “Lada Priora” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində isə heç bir zədə olmamışdır. Bu hal da bir daha təsdiq edir ki, X8 manevr edərkən özüdən sağda olan nəqliyyat vasitəsini gözləməmiş və həmin avtomobilə çırpılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin yol nəqliyyat hadisələri üzə baş inspektoru X5 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2234/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2234/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver