Məhkəmə qərarları › İş №3(060)-2237/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2237/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2237/2021 12.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Hacıyev sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt şəhəri, Metallurq-2 ünvanında yerləşən Şəxs Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs Firmasının (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 07 iyun 2021-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Firması 07.06.2021-ci il tarixdə saat 11:25-də mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirdi ki, “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həqiqətən də Şəxs Firmasına məxsusdur. Firma barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolls razı deyil. Belə ki həmin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü haqqında məlumatı 23 aprel 2021-ci il tarixli məktubla X7 təqdim etmişlər. Həmçinin həmin məktub 27 aprel 2021-ci il tarixdə xəbərnamə imzalanaraq Sumqayıt şəhəri Dövlət X9 tərəfindən qəbul edilmişdir. Bununla bağlı sənədləri də məhkəməyə təqdim edir . Odur ki, Şəxs Firması barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan səlahiyyətli orqan tərəfindən Şəxs Firmasına ünvanlanmış məktubdan görünür ki, Şəxs Firması nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumatın verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmişdir. İş materiallarında olan poçt qəbzindən görünür ki, poçt qəbzi 23.04.2021-ci il tarixdə Şəxs Firmasının əməkdaşı tərəfindən imzalanaraq qəbul edilmişdir. Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclas zalında təqdim etdiyi məktub və xəbərnamənin surətindən görünür ki, Şəxs Firmasına məxsus “Ford Transit” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü haqqında məlumatı 23 aprel 2021-ci il tarixli məktubla X7 təqdim etmişlər. Həmçinin həmin məktub 27 aprel 2021-ci il tarixdə xəbərnamə imzalanaraq Sumqayıt şəhəri Dövlət X9 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi Şəxs Firması tərəfindən Firmaya məxsus nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü haqqında məlumat Sumqayıt şəhəri Dövlət X9nin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Firması barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" Firması barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, Şəxs Firması tərəfindən Firmaya məxsus nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü haqqında məlumat Sumqayıt şəhəri Dövlət X9nin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, Metallurq-2 ünvanında yerləşən Şəxs Firması (VÖEN **********) barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar