Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2237/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1957-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, təqaüdçü, Sumqayıt şəhəri, yataqxana 15, məhəllə 41 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağı fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Sumqayıt Məhkəmə Kompleksinin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt ŞPİ-nin 5-ci PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 18 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından narazı qalan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-487/2023 saylı qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2237/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Şəxs barəsində olan inzibati xəta haqqında işin yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi qərara alınmış, həmin qərar 15 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 3(105)-487/2023 saylı qərarında qeyd etmişdir ki, inzibati xəta üzrə icraat aparılarkən ədalətli məhkəmə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifəli şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında protokola baxarkən əməldə inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlsə və bunu zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən döyülməsinin sübut edilməməsi ilə əsaslandırsa da, istinad edilən halların cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarda istinad edilən Sumqayıt ŞPİ-nin Təhlükəsiz şəhər Xidmətinin müşahidə kamerasında olan görünütülər ilə ziddiyyət yaratdığını nəzərə almamışdır. Halbuki qərarda istinad edilən görüntülərə görə Şəxs Sumqayıt Məhkəmə Kompleksinin qarşısında olan marşurut dayanacağında Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək əl zərbəsi ilə baş nahiyyəsindən vurub, sonuncunun əlində olan mobil telefonu əli ilə vuraraq yerə salmışdır. Bu isə gəlinən nəticə üzrə yekun hüquqi dəyərləndirilmə aparılmaqla sual doğuracaq halı, ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi məhkəmə aktının qəbul edilməsini mümkünsüz etmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 5-ci PB-nin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verdi, məhkəməyə təhlükəsiz şəhər kamerasınında həmin gün baş verən hadisənin qeydə alındığı video görüntünü təqdim etdi, eyni zamanda əgər məhkəmə Şəxs xətanın törədilməsindsə təqsirli bilərsə barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXMnin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs ilə onun arasında olan torpaq mübahisəsi ilə bağlı iş üzrə Sumqayıt Məhkəmə Kompleksindən çıxıb dayanacağa tərəf gedəndə sonuncu onun ardınca gələrək onu mobil telefonla çəkdiyini görmüşdür. Zərərçəkmiş şəxs onu çəkməsin deyə o, dayanacaqda dayanan kişinin arxasında gizlənmişdir. Lakin Firəngiz öz hərəkətinə davam etmişdir. Bu səbəbdən yenə onu telefonla çəkməməsi barədə iradını bildirərək əli ilə onun telefonuna vurub yerə salmışdır. O, Firəngizin əsas məqsədinin onu əsəbiləşdirmək, bunun nəticəsində onun Firəngizi vurması və bu olanların Firəngizin telelefonla lentə alması olduğunu başa düşüb, Firəngizdən qaçmağa çalışmışdır. O, yalnız Firəngizin telefonuna vuraraq yerə salmış, Firəngiz döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Hətta yerə düşən telefona da heç bir ziyan dəyməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00da Sumqayıt Məhkəmə Kompleksindən çıxıb məhkəmənin qarşısında yerləşən avtobus dayanacağına tərəf getmiş, Məsuməxanım da orada dayanıb avtobus gözlədiyini görmüşdür. O, həmin vaxt əlində olan «Samsung» markalı mobil telefonu ilə həyat yoldaşı ilə görüntülü danışanda Məsuməxanım ona yaxınlaşıb nəyə görə onu telefonla çəkdiyini deyərək onu söymüş, saçından tutub dartaraq şillə ilə başından vurmuş və əlindəki telefonu vuraraq yerə salmışdır. O, bundan sonra Şəxs onu döyməsini öz mobil telefonu ilə video qeydiyyata almışdır. Hadisə nəticəsində onun sağ qolunun iç hissəsində göyərmə yaranmışdır. O, ekspert rəyi ilə tanış olmuş, orada hadisə nəticəsində üzərində heç bir xəsarət izinin aşkar olunmadığı qeyd olunmasını görsə də, təkrar ekspertizanın təyin edilməsilə bağlı vəsatət verməmişdir. Buna səbəb onun əlində video-görüntülərin olması olmuşdur. Qeyd olunanların nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X5 Şəxsindən daxil olmuş 1220 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq edilən, Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerasından əldə edilmiş sahə inspektorunun məhkəmə iclasında təqdim etdiyi və iclasda tədqiq edilərək baxış keçirilən, o cümlədən iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs mobil telefonundakı görüntüyə təkrarən baxış keçirilən zaman Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi faktı müəyyən olunmamışdır. AR İXM-nin 60.1-ci maddəsinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xətalar qanunvericiliyin tələblərinə (60.3 və 111.1-ci maddələr) əməl olunması məqsədi ilə məhkəmə tərəfindən protokol və ona əlavə edilmiş sənədlərə baxılması 28 noyabr 2023-cü il tarixə təyin edilmişdir. AR İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, bununla da həmin müddətdən 3 ay vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati tənbeh bu kateqoriyada olan inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər, bu iş üzrə isə həmin müddət keçmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X3 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1- 1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114-115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2237/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2237/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver