Məhkəmə qərarları › İş №3(060)-2238/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2238/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2238/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, X1 iclas katibliyi, "xxxx" Müəssisəsinin qanuni təmsilçisi – X2 iştirakları ilə, AZ5007, SUMQAYİT ŞƏHƏRİ, 5-ci MKR, ev 3/57, mənzil 29 ünvanında yerləşən "xxxx" Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs "xxxx" Müəssisəsinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Müəssisəsi barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 20 may 2021-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, "xxxx" Müəssisəsi 20.05.2021-ci il tarixdə saat 11:10-da mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “İsuzu” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən "xxxx" Müəssisəsinin qanuni təmsilçisi X4 izahatında göstərdi ki, Müəssisəyə məxsus “İsuzu” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01.05.2021-ci il tarixdə törədilən inzibati xətaya görə sürücü X5 inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta hadisəsi törədilən zaman avtomobili idarə etmiş şəxs barədə məlumatlar Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 təqdim edilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Odur ki, "xxxx" Müəssisəsi barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X11 tərəfindən təqdim edilmiş 08.07.2021-ci il tarixli 115 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş X12 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən Sumqayıt şəhər Pİ-nin DYP şöbəsinə "xxxx" Müəssisəsinə məxsus “İsuzu” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 01.05.2021-ci il tarixdə törədilən inzibati xətaya görə sürücü X5 inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, avtomobilin həmin şəxs tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən dekabr ayının 31-nə kimi idarə edilməsi barədə məlumatlar Sumqayıt ŞPİ DYPŞ-nə təqdim edilmiş, lakin texniki səhv olaraq Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Eyni zamanda İnformasiya Sisteminin məlumatına əsasən arayış verilən günə kimi həmin avtomobilə dair icra edilməmiş cərimə mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsaəsn inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5007, SUMQAYİT ŞƏHƏRİ, 5-ci MKR, ev 3/57, mənzil 29 ünvanında yerləşən "xxxx" Müəssisəsi (VÖEN **********) barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar