Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2239/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs Yurdakul Nailin iştirakı ilə, Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Yurdakul Nail tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yurdakul Nail Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Yurdakul Nail şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olduğu zaman etibarnamə əsasında idarə etdiyi **-SC-*** dövlət nömrə nişanlı, DAF FTXF 105.460T markalı, yük avtomobili ilə nəzərdə tutulan kütlə həddini keçmədiyi halda qanunsuz olaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EQ 28389313 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, onun tərəfindən nəqliyyat vasitəsi idarə edilərkən, icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Belə ki, AD №475053 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən idarə etdiyi qoşqulu **-SC-*** dövlət nömrə nişanlı yük avtomobilinin icazə verilmiş maksimal kütlə həddi 18000 kq, AD № 475054 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən idarə etdiyi **-ZK-*** dövlət nömrə nişanlı qoşqunun icazə verilmiş maksimal kütlə həddi 38000 kq təşkil edir. Yük avtomobilinin qoşqu ilə birlikdə yük götürmə qabiliyyəti 38000kq+18000kq=56000kq təşkil edir. Avtomobildə heç 40.000 kq çəkili kütlə olmamışdır ki, bu da nəzərdə tutulan çəkidən xeyli aşağıdır. İnzibati orqan tərəfindən Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı halda qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi olmamışdır. Hesab edir ki, inzibati xəta haqqında qərar əsassızdır və ləğv edilməlidir. Qeyd olunmalıdır ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28389313 nömrəli inzibati xəta haqqında protokolun və ona dair inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Yurdakul Nail tərcüməçiyə ehtiyac olmadığını, Azərbaycan dilində başa düşdüyünü, oxuyub yaza bildiyini qeyd etmiş, şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə olmuşdur. O, xx.xx.2025-ci il tarixdə avtonəqliyyat vasitəsini Dəliməmmədli kəndində yük ilə yükləmiş, qanuni tonla və faktura ilə xx.xx.2025-ci il tarixdə də yola çıxdığını bildirmişdir. O, yükün çəkisinin 40 tondan az olduğunu, lakin qərarda çəkinin 42720 kq olması göstərilmişdir. O, 2 ton artıq yük daşımaya görə cərimə edilmişdir. Məhkəmədən şikayətinin təmin edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqan məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Yurdakul Nail xx.xx.2025-ci il tarixdə, saat 06:05-də “DAF FTXF 105.460T YÜK” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto görüntüdən görünür ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olan “DAF FTXF 105.460T YÜK” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 42720 kq (limit 40000 kq) olmuşdur. Şikayət verən şəxs Yurdakul Nail tərəfindən məhkəmə iclasında təqdim edilmiş qəbzdən görünür ki, **-SC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 11:21:49-da "xxxx" MMC-yə məxsus çəkisi 40520 kq olan qarğıdalı adlı mal ilə "xxxx" MMC-dən çıxmışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yurdakul Nail xx.xx.2025-ci il tarixdə, saat 06:05-də “DAF FTXF 105.460T YÜK” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. X1 hazırda yükün çəkisinin 40000 kq-dan aşağı olduğunu bildirsə də, qeyd edilənləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim edilən qəbzdə malın çıxış tarixi xx.xx.2025-ci il, saat 11:21:49 kimi qeyd edilsə də, şəxs xx.xx.2025-ci il tarixdə, saat 06:05-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində cərimə edilmişdir. Görünüdüyü kimi, şikayət verən şəxsin təqfdim etdiyi qəbzdə göstərilən tarix və vaxtla onun cərimə edildiyi tarix və vaxt arasında uyğunsuzluq mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 353.2-ci maddəsinə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Yurdakul Nailini verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Yurdakul Nailin şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28389313 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2239/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2239/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver