Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-224/2021 18.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məsləhətçi məhkəmə iclas katibi Muradov Nahid Qəhrəman oğlunun katibliyi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1984-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, yataqxana 7, otaq 75-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialla müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(060)-3161/2008 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2491 manat pul alınaraq iddiaçı Pənciyev Əkrəm Əlövsət oğluna verilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu Şəxs bildiriş göndərilmişdir. Lakin borclu borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə icra məmuru Əhmədov Ramin tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Əhmədov Ramin izahat verərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(060)-3161/2008 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2491 manat pul alınaraq iddiaçı Pənciyev Əkrəm Əlövsət oğluna verilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş göndərilmişdir. Lakin borclu borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qətnamə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixində keçirilən məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, O, icra sənədini icra etməkdən boyun qaçırmır, hal-hazırda həmin borcdan ödəniş etmək imkanı yoxdur, lakin borcunu hissə-hissə ödəyəcəkdir. Borcundan qismən ödənişlər etmişdir Göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirdi ki, borclu borcundan qismən ödənişlər etdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatına məcmu halda qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində göstərilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin xətanın tərkibini yaradır. Məhkəmə araşdırması zamanı isə Şəxs, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114- 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(060)-224/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-224/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver