Məhkəmə qərarları › İş №3(060)-2240/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2240/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2240/2023 04.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi-X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin direktoru X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 06 sentyabr 2023-cü il tarixli, 00700-00199/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505 və 497-ci maddələrinə əsasən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli, 00700- 00199/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasaən, Şəxs MMC-nin “mis ərintiləri-anod” və “mis məftilləri” yükü Sumqayıt Baş Gömrük İdarəsində **********3243 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda qeydiyyata alınmış, həmin bəyannamə üzrə xaricdə emal olunan 5817,40 kq çəkidə malların müxtəlif ölçülərdə “misdən məftillər” və “katod” halında emaldan sonra təkrar idxal olunmuş, lakin cəmi 17662,60 kq çəkidə “mis-ərintiləri anod” və “mis məftilləri” yükünü bugünədək emaldan sonra təkrar idxal etməməklə Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. METALÇİLAR-2 MMC həmin yükü xaricdə emal xüsusi gömrük prosedurundə yerləşdirildiyi tarixdə ixrac gömrük prosedurunda rəsmiləşdirməli olduğu halda 10800,46 AZN təşkil edəcək gömrük ödənişlərinin ödənilməsindən yayınmağa davam etmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X4 izahat verərək bildirdi ki, onların firmasının borcu yoxdur, hesabata əsasən onlarda 17 ton fərq yaranmışdır. Hasilat normasından artıq olduğu üçün həmin fərq yaranmışdır. Bununla bağlı məhkəməyə təqdim olunası sənəd yoxdur. Onların firması 3 ildir ki, fəaliyyət göstərmir. Protokoldan qeyd edilən çəkilər itkiyə getmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan **********3243 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən «Metalçılar-2” MMC Türkiyə Respublikasına “mis ərintiləri-anod” yükünü ixrac etmişdir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin 2-ci bölmədən Əməliyyat və Təhqiqat şöbəsinə cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli 34/013/002696 saylı raportdan görünür ki, **********3243 sorğu nömrəli gömrük bəyannaməsi üzrə hasilat normasına əsasən xaricdə emalda qalan cəmi çəkisi 17662,60 kq “mis ərintiləri-anod” və “mis məftilləri” yükündən 12044,60 kq “mis katod”, 5618 kq “misdən məftillər” emaldan sonra təkrar idxaol olunmalı idi. Lakin həmin mallar emaldan sonra təkrar idxal edilməmişdir. Həmin malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı ödəniləcək gömrük ödənişi-ixrac gömrük rüsumu 10800,46 AZN təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqdaödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, həmin xətalar eyni vaxtda tərədildiyindən ona Azərbaycan Respublikası İXMnin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə ödənilməli olan gömrük ödənişlərinin məbləği 10800,46 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyası həddində, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğində (10800,46 manat X 100%), yəni 10800,46 (on min səkkiz yüz manat qırx altı qəpik) manat cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar