Məhkəmə qərarları › İş №3(060)-2240/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2240/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2240/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. 05 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-4117/2023 saylı icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3900/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü oğlu X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs qızına verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Boclunun əvvələr də aliment borcu olmuş və buna görə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra ödənişlər etsə də ödənişlər tam olmadığı üçün 1600 manat aliment borcu yaranmışdır. Bu gün protokol tərtib edildikdikdən sonra borclu aliment borcu üzrə 1000 manat ödəniş etmiş, hazırda 600 manat aliment borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, işləmədiyi üçün bir müddət aliment borcu üzrə ödənişlər edə bilməmiş, ona görə 1600 manat borcu yığılmışdır. Lakin, iş məhkəmənin icraatında olan zaman borcunu tam ödəmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4117/2023 saylı icra sənədindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3900/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü oğlu X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment, 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs qızına verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs tələbkarın xeyrinə müvafiq olaraq 1000 manat, 415 manat və 185 manat, ümumilikdə 1600 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4117/2023saylı iki icra sənədi üzrə tələbi tam icra etmədiyinə və 1600 manat aliment borcu yarandığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə izzibati xəta haqqında prptokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, lakin iş məhkəmənin icraatında olan zaman borclu 1600 manat aliment borcunu tam ödəmişdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə bu günə qədər yaranmış borc tam ödənildidiyi üçün Şəxs inzibati məsuliyyətdən azad edilməsi və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.https://e-qanun.az/framework/46960 Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar