Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2242/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 15 sentyabr 2023-cü il tarixli, EP № 0118108, 00700-00209/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra mətndə SBGİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, ev Texno-Park sahəsi olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsinə əsasən 15 sentyabr 2023-cü il tarixli EP № 0118108, 00700-00209/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “STP Global Cable" MMC xx.xx.2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsində **********9448 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş, Özbəkistan Respublikasında göndərilmiş “aşqarlanmamış sink” yüü 01639EKA/014781BA dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasını gömrük ərazisinə gətirilmiş həmin mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 02 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş SBGİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür kiSumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2023-cü il tarixli **********9448 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş “aşqarlanmış sink” yükü Özbəkistan Respublikasından 05 sentyabr 2023cü il tarixdə saat 06:39-da 01639EKA/014781BA dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən X4 izahatından şirkətin ünvanına xx.xx.2023-cü il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur" gömrük postundan keçirməklə Özbəkistan Respublikasından 01639EKA/014781BA dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş xx.xx.2023-cü il tarixli, **********9448 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Aşqarlanmış sink” yükünə dair qısa idxal bəyannaməsi ixracatçı şirkətin mal müşayiət sənədlərini gec göndərdiyinə görə mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl elektron qaydada gömrük orqanına tərəflərindən təqdim edilə bilmədiyini bildirmişdir. İş materiallarında olan X3 tərəfindən xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi ilə daxil olmuş məlumatdan (ərizədən) görünür ki, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq olunmasına etirazları yoxdur. İşə onlaarın iştirakı ilə baxılması bildirilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Göründüyü kimi xx.xx.2023-cü il tarixli 3-33-/3-1-003968/2023 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına Özbəkistan Respublikasından 01639EKA/014781BA dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə göndərilmiş “aşqarlanmış sink” yükü xx.xx.2023-cü İl tarixdə, **********9448 sorğu nömrəli gömrük bəyannaməsi ilə SBGİ-də bəyan edildiyi, lakin mallar gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin vaxtında verilmədiyi müəyyən edilmişdir. Bu fakt xx.xx.2023-cü il tarixli raport, Gömrük Xidmətinin “X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokol, iş materialında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İXM-nin 485.2-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, ev Texno-Park sahəsi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2242/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2242/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver