Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2244/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkil X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli protokol tərtib edilməsinə əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Həmin qətnamə mübahisələndirildiyindən verilmiş apellyasiya şikayətinin nəticəsindən asılı olaraq Şəxs inzibati xəta törədib-törətməməsinə qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 11.872 manat və ödənilmiş 125,62 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat da Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. İcra sənədi icaata qəbul edildikdən sonra tələbin könüllü icrası haqqında bildirişi borcluya təqdim etmiş, həmçinin borcluya könüllü icra üçün 10 gün vaxt verilmişdir. Lakin, borclu heç bir ödəniş etməmişdir. Könüllü icra üçün müəyyən edilmiş vaxtdan bir aydan da artıq vaxt keçdiyi üçün protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə borclu bu günədək heç bir ödəniş etməmişdir. Gösərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əslində tələbkarın oğlunun ona borcu var. Qəbul edilmiş qətnamə ilə razı deyil, ona görə də apellyasiya şikayəti vermişdir. Lakin, apellyasiya şikayəti müddətin buraxılmasına görə geri qaytarılmışdır. Apellyasiya şikayətini gec verməsinin səbəbi isə şəxsiyyət vəsiqəsinin qüvvədə olmaması olmuşdur. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu icra sənədini qərzəli olaraq icra etmir, borcunu tələb edir. Göstərilən halların nəzərə alınmasını və borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi M.M.Fətullayev bildirmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qətnaməsindən apellyasiya şikayəti şikayəti vermiş, lakin prosessual müddət ötürüldüyü üçün şikayəti geri qaytarılmışdır. Şikayətin gec verilməsinin səbəbi isə ondan ibarət olmuşdur ki, Şəxs şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş və vəsiqəsini düzəldənə kimi müddət ötürülmüşdür. Belə ki, hazırda mülki işlər üzrə apellyasiya şikayəti ancaq elektron qaydada verilməlidir, şəxsiyyət vəsiqəsi qüvvədə olmadıqda isə bu mümkün deyil. Qeyd edilən üzrlü hal ilə bağlı prosessual müddətin bərpası barədə vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, məhkəmə əsassız olaraq müddəti bərpa etməmişdir. Həmin qərardaddan şikayət verilsə də təəssüf ki, şikayətləri əsassız səbəbdən təmin edilməmişdir. Hesab edir ki, belə hallar, yəni şikayətin ancaq elektron qaydada verilmə proseduru şəxsin məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdırır. Həmçinin bildirmişdir ki, prosessual müddətlərinin bərpa edilməsi üçün müraciətləri davam edəcək və həmin müddət mütləq bərpa ediləcək. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN seiyalı ******* saylı protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 113/2023 saylı icra sənədinə əsasən 11.997 manat Şəxsdan tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu borcunu üzrsüz səbəbdən ödəməkdən yayınır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs 11.872 manat və ödənilmiş 125,62 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat da Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23. xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı icra səbədində göstərilən tələbi icra etməsi üçün Şəxs 10 gün vaxt verilmiş, həmin bildirişi xx.xx.2023-cü il tarixdə Şəxs imza etməklə qəbul etmişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü ildə Sumqayıt şəhər İcra İdarəsində verdiyi izahatdan görünür ki, o qətnaməni almadığı üçün apellyasiya şikayəti verə bilmədiyini, ailə vəziyəti çətin olduğu üçün bir dəfəyə ödənişə gücü çatmadığını bildirmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qətnaməsindən Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qətnaməsindən cavabdeh Şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qərardadından cavabdeh Şəxs tərəfindən verilmiş şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-2220/2023 saylı qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qərardadından cavabdeh Şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 11.872 manat və ödənilmiş 125,62 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat da Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. Qeyd edilən icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü ildə Şəxs rəsmi qaydada təqdim edilmiş, lakin borclu icra sənədi üzrə heç bir ödəniş həyata keçirməmişdir. İcranı təmin etməməsinə səbəb kimi isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-113/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verəcəyini qeyd etmişdir. Lakin, müyyən edilmişdir ki, həmin qətnamədən Şəxs tərəfindən verilmiş apaellyasiya şikayəti geri qaytarılmış, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə vəsatəti isə təmin edilməmişdir. Göründüyü kimi Şəxs qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etməmiş, icra etməməsinə səbəb kimi isə qətnaməni mübahisələndirməsini göstərmişdir. Hazırki iş üzrə də məhkəmə prosesində də eyni mövqeni sərgiləyərək qanuni qüvvədə olan məhkəmə qətnaməsini mübahisələndirdiyini bildirmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 5 saat görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosounun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosounun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2244/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2244/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver