Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2248/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X3 və Sumqayıt şəhər DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1966-cı ildə Füzuli rayonu, Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən və Sumqayıt şəhər DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X7 və Sumqayıt şəhər DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, 1378034, ******* və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:01 radələrində Sumqayıt şəhəri ərazisi Bakı-Quba yolunda ünvansız nəlayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və sərxoş halda nəqliyyat vasitəsini idarə edərək Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 idarə etdiyi BMW-330 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində Sumqayıt şəhər DYPŞ-nin Elvin və İsa adlı YPX inspektorları QAZ 31029 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saxla işarəsi vermişlər, sürücü YPX əməkdaşlarının saxla işarəsinə baxmayaraq onların qanuni tələblərinə tabe olmayaraq nəqliyyat vasitəsini saxlamamış və “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Bu zaman inspektor onun yanına yaxınlaşmış, sürücüdən spirtli içki iyi gəlmiş, sənədlərini təqdim etməsini xahiş etmiş, lakin sürücü ona məhəl qoymayaraq nəlayiq ifadələr işlədərək benzin slanqı nəqliyyat vasitəsində ola-ola nəqliyyat vasitəsini idarə edərək oradan uzaqlaşmışdır. Bu zaman YPX inspektoru nəqliyyat vasitəsini saxlamaq üçün dəstək istəmiş, BMW-330 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşın köməyə gəlmiş, QAZ 31029 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü BMW-330 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol qabaq hissəsini vurmuş və idarəetməni itirərək beton cıxıntısına dəymişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X7 da X2 izahatına oxşar izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində QAZ 31029 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən YPX əməkdaşları ona saxla işarəsi vermiş, o nəqliyyat vasitəsini saxlamamış, “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuş, YPX əməkdaşları ona yaxınlaşıb sənədlərini tələb etdikdə onlara qarşı nəlayiq ifadələr işlətmiş və nəqliyyat vasitəsini sürərək oradan uzaqlaşmışdır. Bu zaman yağış yağdığı üçün yanına yaxınlaşan BMW-330 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşını görməmiş və onunla toqquşmuşdur. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində xidmətdə olarkən QAZ 31029 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə işıq cihazlarından düzgün istifadə etmədiyinə və işıq cihazlarında nasazlıq olduğuna görə saxla işarəsi verilmiş, sürücü əmrə tabe olmayaraq “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuş, ona yaxınlaşıb özünü təqdim etmiş, srücüdən spirtli içki iyi gəlmiş və o sürücüdən sənədləri tələb etmişdir. Bu zaman sürücü ona nəlayiq ifadələr işlətmiş və benzin vurmaq üçün şlanq nəqliyyat vaitəsində olduğuna baxamayaraq sürüb getmişdir. Nəqliyyat vasitəsini saxlamaq üçün dəstək iştəmiş, yaxınlıqda olan BMW-330 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşın həmin əraziyə yaxınlaşmış, 31029 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saxla əmri vermiş, lakin o,tabesizlik göstərərək BMW-330 markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşını qabaq sol hissəsindən vurmuş və idarəetməni itirərək beton çıxıntıya dəymişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 da X5 izahatına oxşar izahat vermişdir. İş materiallarında olan 4883 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:15 radələrində müayinə zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olnmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını, vəkilin çıxışını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən tənbeh tətbiq edilməli və ona həmin maddənin sansiyasında olan nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq «ŞİMAL» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 333.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 19 sentyabr 2023-cü il tarixdən, saat 00:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2248/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2248/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver