Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2249/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Fərəcovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– Şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Hüseyn oğlunun iştirakları ilə, xx.xx.1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 9/5-in həyətində X1 döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Fərəcov protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində o yaşadığı evdə olan zaman az yaşlı oğlu Hüseyn ağlaya-ağlaya evə gələrək qonşuları Yaşarın oğlu Əli ilə dalaşdığını bildirmişdir. Bundan sonra o evdən çıxaraq qonşuları Yaşarın oğlu Əlini yanına çağırmış, qulağını dartmış və üzünə bir şillə vuraraq iradını bildirmişdir. Öz oğlunun da qulağını çəkərək evə getmişdir. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs Hüseyn oğlu ilə barışmışdır. Özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Hüseyn oğlu izahatında göstərdi ki, X2 onun böyük oğludur. xx.xx.2022-ci il tarixdə, saat təxminən 12:00 radələrində Əli yaşadıqları ünvanın həyətində uşaqlarla oynayarkən orada qonşuluqda yaşayan adını bilmədiyi az yaşlı uşaqla dalaşmışdır. Bu zaman həmin uşağın anası Günay adlı xanım Əlinin sifətindən sillə və yumruqla vuraraq onu döymüşdür. O, işdən axşam saatlarında qayıdarkən Əli qonşuluqda yaşayan Günay adlı xanım tərəfindən döyüldüyünü bildirmiş, o Günayın yaşadığı ünvana gedib ona öz etirazını bildirərək, barsində polisə şikayət etmişdir. Lakin hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Hüseyn oğlu məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər barışmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2249/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2249/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver