Məhkəmə qərarları › İş №3(060)-2249/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2249/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2249/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Qərardan şikayət verən şəxs – X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20467045 saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20467045 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20467045 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və müəssisəyə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatətdən görünür ki, barəsində tərtib edilmiş İHP-yə dair protokol və onlarla əlaqədar qəbul edilmiş qərarlarla bağlı məlumatı olmadığı üçün prosessual müddət ərzində məsələni mübahisələndirə bilməmişdir. Şikayət ərizəsində göstərdiyi əsaslarla əlaqədar (həbsdə olmağı ilə) o, ** AZ *** dövlət nömrə nişanlı maşını idarə etməmişdir və ona heç bir qərar və protokol təqdim edilməmişdir. Bununla bağlı İnzibati hüquqpozma ilə əlaqədar qəbul edilmiş olan qərardan şikayət müddətinin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 bildirdi ki, o, zavoddan işdən çıxdığından avtomobili idarə etmir. 2 il olar ki, işdən çıxmışdır. Onun sürücülük vəsiqəsi 7 aydır ki, məhdudlaşdırılmışdır. Ona hər gün cərimə olunması ilə bağlı mesajlar gəlmişdir. Qeyd olunan cərimə qərar barədə zavodun direktoruna məlumat vermişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və müddətin bərpasına dair dəlilləri araşdırıb belə hesab edir ki, X2 ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində tətbiq edilmiş cərimə barədə məlumatlı olmuş və bu barədə iş yerinə də məlumat vermişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20467045 saylı qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20467045 saylı qərarı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə X2 vəsatəti təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar