Məhkəmə qərarları › İş №3(060)-225/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-225/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-225/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt şəhəri, «xxxx» qəsəbəsi ünvanında yerləşən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi (VÖEN **********) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 24 dekabr 2020-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi (VÖEN **********) 24 dekabr 2020-ci il tarixdə saat 10:00-da mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “UAZ” yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, barələrində tərtib olunmuş protokolla razılaşmır. Belə ki, Sumqayıt şəhər DYPŞ tərəfindən onlara ünvanlanmış sorğunu 11 dekabr 2020-ci il tarixdə almışlar və 15 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər DYPŞ-yə idarənin balansında olan kiçik yük tonajlı UAZ 39094 markalı, ** AE *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüqquna malik işçi- X4 haqqında məlumatları təqdim etmişlər. Əlavə olaraq bildirdi ki, Sumqayıt Melioservis İdarəsinin balansında olan bütün nəqliyyat vasitələrini idarə etmək hüququna malik olan işçilər haqqında məlumatları 31 avqust 2020-ci il tarixli məktubla Sumqayıt şəhər DYPŞ-yə göndərilmiş və onlar tərəfindən qəbul edilmişdir. Odur ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan səlahiyyətli orqan tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayit Melioservis İdarəsi-yə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumatın verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmiş, 11.12.2020-ci il tarixdə xəbərnamə Ə.Ələkbərova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xətaya dair iş materiallarına əlavə edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayit Melioservis İdarəsi tərəfindən Sumqayıt şəhər Dövlət X9nə ünvanlanmış 15 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayit Melioservis İdarəsi Sumqayıt şəhər DYPŞ-nin 11 dekabr 2020-ci il tarixli sorğusuna cavab olaraq idarənin balansında olan kiçik yük tonajlı UAZ 39094 markalı, ** AE *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüqquna malik işçi- X4 haqqında məlumatları təqdim etmişdir. Sumqayıt şəhər DYPŞ tərəfindən xəbərnamə 18.12.2020-ci il tarixdə operator Ramazanova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi barəsində İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi balansında olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, «xxxx» qəsəbəsi ünvanında yerləşən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi (VÖEN **********) barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar