Məhkəmə qərarları › İş №3(060)-225/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-225/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-225/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Tələbkar Babaverdiyeva (Fətullayeva) Aygül Eldar qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 24 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 01 (bir) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat aliment ödənilməlidir. İcra sənədi üzürsüz səbəbdən icra edilməmiş və 2173 (iki min yüz yetmiş üç) manat aliment borcu yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 24 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1087/2020 saylı,xx.xx.2020-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Aliment məbləğindən 50 (əlli) manat ödənilmiş, 2173 (iki min yüz yetmiş üç) manat aliment borcu yaranmışdır. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. Dəfələrlə onun tərəfindən Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş etməmişdir. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq ondan xx.xx.2017-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Aliment məbləğindən 50 (əlli) manat ödənilmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. Özünün usta olduğunu, əvvəllər işləmədiyini və hal-hazırda işlətmək üçün yuyucu icarəyə götürdüyünü bildirdi. Yığılmış aliment borcunu bütöv ödəməyə imkanının olmadığını və gələcəkdə hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkar Babaverdiyeva (Fətullayeva) Aygül Eldar qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Aliment məbləğindən 50 (əlli) manat ödənilmiş, 2173 (iki min yüz yetmiş üç) manat aliment borcu yaranmışdır. Alimentin hissə-hissə ödənilməsinə razı deyildir, bütün ödənilməsini bildirdi. Ona görə də, onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 3(060)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarların izahatlarını dinləyərək və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Aliment məbləğindən 50 (əlli) manat ödənilmiş, 2173 (iki min yüz yetmiş üç) manat aliment borcu yaranmışdır. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1087/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. Lakin icra sənədi qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün inzibati həbs olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona 160 (bir yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. İnzibati həbsin əvvəli 24 yanvar 2023-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs təyin olunmuş inzibati tənbeh tədbirləri müstəqil icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili X2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz )manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar