Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2251/2025 09.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 pandemiyası zamanı tətbiq olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli EXP ******* nömrəli protokollar əsasında cərimə ballarının silinməsinə dair verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X3 məhkəmə şikayət ərizəsi ilə müraciət edərək koronavirus pandemiyası zamanı tətbiq olunmuş xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X3 şikayətində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli, xx.xx.2021-ci il EXP ******* nömrəli protokol əsasında cərimənin silinməsini xahiş etsə də, həmin qərarların surəti şikayətə əlavə edilməmişdir. Bununla da onun barəsində həqiqətən də inzibati tənbeh tətbiq etmə barədə qərarın olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət vermə müddəti ötürülmüş və şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə əlavə edilməmişdir. Qeyd edilən qərardan şikayət verilmə müddəti qanunvericiliklə 10 (on) gün müəyyən edilməsinə baxmayaraq, şikayətə əlavə edilmiş “ASAN ÖDƏNİŞ” sistemindən çıxarışdan görünür ki, inzibati xətaya dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli qərar xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il EXP ******* nömrəli qərar xx.xx.2021-ci il tarixdə barəsində icraat aparılan şəxsin elektron kabinetinə yerləşdirilmiş, qərardan şikayət isə xx.xx.2025-ci il tarixdə imzalanaraq həmin tarixdə də məhkəməyə təqdim edilmiş və qeyd edilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət şikayətə əlavə edilməmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, iş üzrə üç inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan məhkəməyə edilən şikayət də ayrı-ayrılıqda verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qrəar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın mövcud olub-olmaması müəyyən edilmədiyindən və inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət ötürüldüyündən, üç inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilmədiyindən, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, tənbeh tətbiq etmə barədə qərarı və həmin qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti əlavə etməklə cərimə olunan şəxsin qərarlardan ayrı-ayrılıqda məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində tətbiq olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli, xx.xx.2021-ci il EXP ******* nömrəli qərarlar əsasında edilmiş cərimələrin silinməsinə dair verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı və müddətin bərpa edilməsinə dair vəsatəti əlavə etməklə cərimə olunan şəxsin qərarlardan ayrı-ayrılıqda şikayət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2251/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2251/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver