Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2252/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı icra sənədinə əsasən tələbkara 34583,35 ABŞ dolları pulu tam ödəyə bilmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1479/2016 saylı icra sənədinə əsasən tələbkara təxminən 11000-12000 ABŞ dolları borcu qalmış, 21000 ABŞ dolları tələbkara ödəmiş, qalan məbləği ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı icra sənədinə əsasən ona təxminən 11000 ABŞ dolları borcu qalmış, bu müddət ərzində bir qismi borcu ödəmiş, razılığa əsasən hər ay tələbkara onun tərəfindən 350 ABŞ dolları ödəməli idi, lakin son iki ayda ödəniş etməmiş, hazırda isə borclulardan qalıq məbləğinin tam ödənilməsini tələb edir. İş üzrə iki borclu vardır, digər borclu cəza almış, borclu Şəxs isə xahiş etmişdir ki, aralarında razılaşaraq hər ay pulu ödəsin. Şəxs ona bildirmişdir ki, digər borcluya qarşı iddia qaldıraraq pulu alıb ödəyəcəkdir. Borclu Şəxs tərəfindən verilmiş vədə əməl olunmur, son iki ayda onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən icra məmuru borclu barəsində axtaş elan olunması barədə qərar qəbul etmişdir. Məhkəmədən pulun tam şəkildə ödənilməsini, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı icra sənədinə əsasən tələbkara 21000 ABŞ dollar hissə-hissə ödəniş etmiş, ona təxminən 11000 ABŞ dolları borcu qalmış, sonuncu razılaşmaya əsasən 350 ABŞ dolları hər ay tələbkara ödəniş etmiş, lakin son iki ayda xəstəli ilə əlaqədar ödəniş edə bilməmiş, hazırda tələbkar qalıq məbləğin tam şəkildə ödənilməsini tələb edir. İş üzrə başqa borclu vardır. Həmin borclu 2000-3000 manat ödəniş etmiş və hazırda ödənişləri etmir. O, hər ay mütəmadi olaraq ödənişlər etmişdir. Yenə də hər ay razılaşdırılmış qaydada ödəniş etməyə hazırdır. Halhazırda rəsmi iş yeri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs hər ay ödənişləri etmişdir. Ödəniş etməməsində qərəzlilik yoxdur. Hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, müdafiəçini və tələbkarı dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X1 və Şəxs 34583,35 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-24/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclular X2 və Şəxs ölkədən getmək hüquqları icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək bildirmişdir ki, borclu Şəxs ilə borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə qarşılıqlı razılıq əldə etmişlər. xx.xx.2020-ci il tarixdə Şəxs məhkəmə qərarı üzrə qalıq borcdan ona 1200 ABŞ dolları ödəmiş, 2020-ci ilin fevral ayının 29-na qədər daha 1800 ABŞ doları ödəyəcəyini, bundan sonra isə aprel ayından etibarən hər ayın 10-na kimi borc məbləği qurtana kimi hər ay 350 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixli razılaşmanı pozmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixli ərizənin etibarsız sayılaraq icra sənədi üzrə icraatın təzələnməsini, Şəxs barəsində icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs icra məmurunun tələblərinə əmə etməyərək çağırışlarına vaxtı-vatxtında gəlmədiyinə görə barəsində axtaş elan edilməsi və uzun müddət məhkəmə qərarının lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərlibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbini, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2252/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2252/2022
31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver