Məhkəmə qərarları › İş №3(060)-2252/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2252/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2252/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22556430 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22556430 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Samid Əliyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 22556430 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Samid Əliyev şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Nuru Qurbanzadə adlı şəxs "xxxx" ASC-nə direktor təyin edilmiş və Cəmiyyətə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobili 01.03 2024-cü il tarixdən onun tərəfindən idarə edilir. (Yol vərəqi № 0000198). O, həmin avtomobili idarə etmədiyi halda barəsində İXM-nin 328.1-ci və İXM-nin 332.3-cü maddəsinin tələbini pozduğu üçün elektron qaydada qərarlar qəbul edilmiş, buna uyğun olaraq 10 manat və 300 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, onun əmək müqaviləsinə xx.xx.2023-cü tarixdə xitam verilmişdir. İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan xəta sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməkdir. Bu maddəyə əsasən o, 300 manat məbləğdə cərimə olunmuşdur. Lakin həmin vaxt onun əmək müqaviləsinə xitam verilmiş, həmin abtomobili idarə etməmişdir. Bundan başqa həmin vaxtlar məhkəmə tərəfindən onun barəsində azadlığın məhdudlaşdırılması hökmü çıxarılmışdır. Tərtib olunmuş elektron qərarlardan belə məlumatı olmamışdır. Bu səbəbdən həmin qərarı mübahisələndirmişdir. Qeyd edir ki, DYP-i tərəfindən cəmiyyətə məxsus adı çəkilən avtomobilin üzərinə cərimə ödənmədiyi üçün həbs qoyulmuşdur. Tətbiq olunmuş cərimə məbləğinə görə dəbbə pulu hesablanmış və hesablanmaqda davam edir. Hətta avtomobilin mülkiyyətçisi "xxxx" ASC göstərdiyi halların aradan qaldırılması üçün BDYPİ-nə müraciət ünvanlamış, lakin heç bir nəticəyə əldə edilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, EQ 22556430 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Samid Əliyev şikayətinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü tarixədək "xxxx" ASC-də fəhlə işlədiyini, 2021 və ya 2022-ci ildə cəmiyyətə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı “JEEP” markalı avtomobilə dair onun adına yol vərəqəsi yazıldığını, lakin o, ümumiyyətlə həmin avtomobili idarə etmədiyi bildirmişdir. Tətbiq olunmuş cərimələrdən də onun məlumatı olmamışdır. Bu səbəbdən hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 22556430 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, EQ 22556430 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Samid Əliyev İXM-nin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin direktoru Nuru Qurbanzadə tərəfindən DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İXM-nin 328.1-ci maddəsinin tələbinin pozulmasına görə cəriməni həmin vaxt avtomobili idarə edən şəxs barəsində tərtib edilməsi və cəmiyyətlərinə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı, JEEP markalı avtomobilin üzərindən həbsin götürülməsi barədə göstəriş verməsini xahiş etmişdir. DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliy tərəfindən "xxxx" ASC-nin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtomobilin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularının törədilməsi səbəbindən çıxarılmış elektron qərarlardan şikayət vermə müddəti ötürüldüyündən baxılmamışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə 03 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, "xxxx" ASC-də "Fəhlə" işləyən Samid Əliyevlə bağlanılmış 1CWQ784000100 nömrəli əmək müqaviləsinə, ƏM-nin 68.2."a" bəndinə əsasən tərəflərdən birinin təşəbbüsünə əsasən xx.xx.2023 tarixindən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-811/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Samid Əliyev CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, BDYPİ tərəfindən qəbul edilmiş EQ 22556430 saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Samid Əliyevin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir.v İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 03 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ"də "Fəhlə" işləyən Əliyev Samidlə bağlanılmış 1CWQ784000100 nömrəli əmək müqaviləsinə, ƏM-nin 68.2."a" bəndinə əsasən xx.xx.2023 tarixindən xitam verilmiş, lakin xx.xx.2024-cü il tarixli, EQ 22556430 saylı qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta hadisəsi isə xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Samid Əliyevin "xxxx" ASC ilə arasında olan əmək müqaviləsinə xitam verilmiş və onun həmin ASC ilə heç bir əlaqəsi olmamışdır. X4 dəvət edilərək izahatı alınmamış, qeyd olunan avtomobili hal hazırda idarə edib etmədiyi araşdırılmamışdır. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qanunamüvafiq araşdırma aparılmadan, səthi araşdırma nəticəsində qəbul edilmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş EQ 22556430 saylı, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin EQ 22556430 saylı, xx.xx.2024-cü saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar