Məhkəmə qərarları › İş №3(060)-2253/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2253/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2253/2025 15.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərarından şikayət verilən Sumqayıt DYPŞ-nin yol patrul xidməti inspektoru X2 iştirakı ilə, Əzizov Emi Rafiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı X7 Rafiq oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əzizov Emi Rafiq oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, YPX inspektoru avtomobilini saxlayaraq qarşıdan gələn nəqliyyat vasitəsinə yol vermədiyini iddia edərək protokol yazmışdır. Lakin o, həmin nəqliyyat vasitəsinin sürət və istiqamətinin dəyişməsinə səbəb olacaq hərəkətlər etməmişdir. Ona haqsız olaraq yazılan TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən Sumqayıt DYPŞ-nin inspektoru X3 bildirdi ki, yol hərəkəti haqqında qanunun 76-cı maddəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Sürücü qeyd edilən qanunun tələblərini kobudcasına pozmuş və qarşıdan gələn avtomobilə yol verməmişdir. Belə ki, bu fakt iş materiallarına əlavə edilmiş görüntüdən də öz təsdiqini tapır. BMW markalı avtomobil Opel markalı avtomobilə yol verməmişdir. Qərarı tam əsaslıdır. Bu səbəbdən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əzizov Emi Rafiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə “BMW” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əzizov Emi Rafiq oğlu yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş hadisəni özündə əks etdirən görüntülərin olduğunu diskə baxış keçirilən zaman Əzizov Emi Rafiq oğlu tərəfindən inzibati xətanı törətməsini bir daha öz təsdiq etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əzizov Emi Rafiq oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əzizov Emi Rafiq oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əzizov Emi Rafiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən Əzizov Emi Rafiq oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar