Məhkəmə qərarları › İş №3(060)-2254/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2254/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2254/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 04 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsitərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 04 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/001902 nömrəli raportun araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********4727 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 1033,37 (bir min otuz üç dollar, otuz yeddi sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin ünvanına bildiriş məktubları göndərilmiş və ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Faktla bağlı Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X1 və təhqiqat şöbəsində verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 Tekstil Sanayi ve Dış Ticaret Limited” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 2022-0133 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə xx.xx.2024-cü il tarixli **********4727 sorğu nömrəli gömrük bəyannaməsi ixrac edilən malların müqabilində 1033,37 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində, yəni 238 gün sonra köçürülmüşdür. 180 günlük müddət isə xx.xx.2025-ci il tarixində tamamlanmışdır. 1033,37 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində gaytarılmamışdır. Səbəb isə odur ki, “X5 Tekstil Sanayi ve Dış Ticaret Limited” şirkəti ödənişi gecikdirmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haggında protokola əsasən 1033,37 (bir min otuz üç dollar, otuz yeddi sent) ABŞ dolları milli valyutaya nisbətdə 1756,72 (bir min yeddi yüz əlli altı manat, yetmiş iki gəpik) AZN təşkil edir. DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - algı- satqı və konsignasiya üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 Tekstil Sanayi ve Dış Ticaret Limited” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 2022-0133 nömrəli algı-satgı mügaviləsinə istinad etməklə xx.xx.2024-cü il tarixli **********4727 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların mügabilində milli valyutaya nisbətdə 1756,72 AZN təşkil edən 1033,37 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində, yəni 238 gün sonra köçürülmüşdür. 180 günlük müddət isə xx.xx.2025-ci il tarixində tamamlanmışdır, 1033,37 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində gaytarılmamışdır. Qeyd olunan faktla bağlı 03 sentyabr 2025-ci il tarixdə Sumgayıt Gömrük İdarəsi Əməliyyat və təhgigat şöbəsində Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə 00700-00127/25 saylı inzibati xəta haggında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən malların bəyan olunduğu gündən xarici valyuta vəsaitinin 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda, xx.xx.2024-cü il tarixli **********4727 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların mügabilində milli valyutaya nisbətdə 1756,72 (bir min yeddi yüz əlli altı manat, yetmiş iki gəpik) AZN təşkil edən 1033,37 (bir min otuz üç dollar, otuz yeddi sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində, yəni 238 gün sonra köçürülmüşdür, 180 günlük müddət isə xx.xx.2025-ci il tarixində tamamlanmışdır. 1033,37 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haggında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdig edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafig olarag, xarici igtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi gaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən gaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayarag 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində xarici igtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi gaydada köçürülməli olan az migdarda xarici valyuta vəsaitlərinin xaricdən gaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsin geyd hissəsinə əsasən “az migdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Nəticədə hügugi şəxs - Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta faktı törədilmişdir. Bu fakt: xx.xx.2025-ci il tarixli 3-33-1800/012/001902 nömrəli raport, bildiriş məktubları, DGK VAİS-dən çıxarışhesabatlar, xx.xx.2024-cü il tarixli **********4727 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2022-ci il tarixli 2022-0133 nömrəli mügavilə, hügugi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam təsdig olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış elektron ərizədən görünür ki, məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. - 18.5-ci maddəsinə əsasən, həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı AZ5006, Sumqayıt şəhəri, Sülh, ev 25/20, 2-ci mikrorayon, mənzil 51 ünvanı olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 1033,37 (min otuz üç dollar otuz yeddi sent) ABŞ dolları pul vəsaitinin otuz faizi məbləğində, yəni 310.01 (üç yüz on dollar, bir sent) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar