Məhkəmə qərarları › İş №3(060)-2256/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2256/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2256/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP6527870 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cti il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil ilə Sumqayıt şəhəri, 5-ci mikrorayonda məhəllə daxili yoldan baş yola əks istiqamətə C.Məmmədquluzadə küçəsinə sola dönmək istəmiş, soldan nəqliyyat axını olmadığını görüb manevr etdikdə həmin istiqamətdə gələn “Opel” markalı avtomobil onun avtomobilinin qabaq sol qanadına çırpılmışdır. Həmin vaxt “Opel” markalı avtomobilin sürücüsü yol hərəkət qaydalarını pozaraq svetaforun sarı işığında keçmişdir. O, “Opel” markalı avtomobilin gəldiyi tərəfdə svetaforun sarı işığının yanmasını görüb yol daxil olmuşdur. Bundan əlavə bildirmişdir ki, “Opel” markalı avtomobil onun avtomobilinin arxa hissəsindən öz yolu ilə keçə bilərdi, lakin sola çəkərək onun avtomobilini digər yolda vurmuşdur. Hadisədən sonra əraziyə təcili tibbi yardım avtomobili gəlsə də, “Opel” markalı avtomobildə olan şəxslər heç bir xəsarət almadığını bildirmişlər. Lakin, sonradan həmin avtomobildə olan qadınlardan biri xəstəxanaya müraciət etmişdir. Hadisə təhülkəsizlik kameraları ilə qeyd alınmışdır. Özündə də əlavə görüntülər var, lakin özündə olan görüntüləri təqdim etmək istəmir, təhlükəsizlik kameraları vasitəsi ilə hadisənin dəqiq araşdırılmasını istəyir. Hadisədən sonra xəstəxanaya müraciət edən xanımın səhhəti ilə ailə üzvləri maraqlanmışdır. Hadisədə onun günahı olmasa da “Opel” markalı avtomobildə olan xanımlardan biri ilə barışıq əldə etmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, iş materiallarında olan zərərçəkmiş şəxslərin izahatları, məhkəmə-tibbi ekspertizasının rəyləri, yol nəqliyyat hadisəsinin sxemi və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP6527870 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 22:30-da Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymiş, X1 və Zərərçəkmiş şəxs2 isə səhhətinə yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan video görüntülərdən görünür ki, “Opel Astra” markalı avtomobil Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə düzünə Nəriman küçəsi istiqamətində hərəkətdə olan zaman “Chevrolet Cruse” markalı avtomobil 5-ci mikrorayonda məhəllə daxili yoldan C.Məmmədquluzadə küçəsinə manevr edərək “Opel Astra” markalı avtomobilin hərəkət istiqamətinə çıxmışdır. Görüntülərdən həmçinin müəyyən edilir ki, “Opel Astra” markalı avtomobil hərəkət edərək svetaforu keçdikdən sonra da onunla kəsişmədə olan küçədə svetaforun qırmızı işığı yanır, yəni “Opel Astra” markalı avtomobil yol kəsişməsini svetaforun yaşıl işığında keçmişdir. Həmçinin təhlükəsizlik kameraları dönməklə ərazinin digər hissələrini qeydə aldığı üçün hadisənin baş vermə anı bilavasitə müşahidə edilməsə də “Chevrolet Cruse” markalı avtomobilin “Opel Astra” markalı avtomobilin ona çatmasına təxmini 5-10 metrdən də az qaldığı vaxtdan sonra yola daxil olması müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 izahatından görünür ki, X4 onun həyat yoldaşıdır. Onun “Opel Astra” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2024-cli il tarixdə saat təxminən 22:30 radələrində o və rəfiqəsi Günayla Coşqunun avtomobilində olan zaman Coşqun Günayı evə düşürmək üçün Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan zaman Chevrolet markalı avtomobil məhəllə daxili yoldan onların hərəkət istiqamətinə çıxmış və toqquşma baş vermişdir. Günay avtomobildə qabaqda əyləşdiyindən başı avtomobilin ön şüşəsinə dəymişdir. O, xəsarət aldığından tibb müəssisəsinə müraciət etmişdir. Həmin vaxt onun yanında olmuşdur. Hadisə zamanı baş nahiyyəsindən və sol ayağından xəsarətlər almışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş X2 izahatından görünür ki, onun “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində o idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə saatda 60 km/saat sürətlə sol zolaqla hərəkətdə olan zaman sağda məhəllə daxili yoldan əks istiqamətə çıxan “Chevrolet Cruze” markalı avtomobilin hərəkətini təxminən 3 metr məsafədən görüb əyləc pedalına təzyiq göstərsə də həmin avtomobil hərəkətini davam etdirib yolun orta hissəsində dayandıqda, o sükanı sola meyilləndirib onu ortadan vurmamağa çalışmış və həmin vaxt aralarında məsafə az olduğundan “Chevrolet” markalı avtomobilin qabaq sol hissəsindən öz avtomobilinin sağ yan hissəsi ilə çırpılmışdır. Hadisədən sonra oraya polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. O hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. Bundan başqa avtomobildə olan həyat yoldaşının rəfiqəsi Günay özünü narahat hiss etdiyindən müayinə olunmaq məqsədi ilə Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş X1 izahatından görünür ki, X4 rəfiqəsi Günelin həyat yoldaşıdır. Onun “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:30 radələrində o və Günel Coşqunun avtomobilində olan zaman Coşqun onu evə düşürmək üçün Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə hərəkətdə olan zaman “Chevrolet” markalı avtomobil məhəllə daxili yoldan onların hərəkət istiqamətinə çıxmış və toqquşma baş vermişdir. O avtomobildə qabaqda əyləşdiyindən başı avtomobilin ön şüşəsinə dəymişdir. O xəsarət aldığından tibb müəssisəsinə müraciət etmişdir. Hadisədən sonra “Chevrolet” markalı avtomobilin sürücüsü sonradan adını Nihad bildiyi şəxs onu lazımi müayinələrdən keçirdiyindən ona qarşı şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 1394 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazunun yuxarı 1/3-nin bazu oynağında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, başın sağ alın təpə nahiyyəsinin hematoması. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törətnmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 1393 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi - qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. Beləliklə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü ildə saat 22:30 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib məhəllə daxili yoldan baş yola əks istiqamətə C.Məmmədquluzadə küçəsinə sola dönmək istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İV hissəsinin tələblərinə əməl etməyərək özündən solda baş yolda Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ilə saatda 60 km/saat sürətlə hərəkət edən X2 idarə etdiyi “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləyərək ona yol verməli olduğu halda, yol hərəkət qaydalarına əməl etməyərək həmin avtomobilin ona çatmasına təxmini 5-10 metr qalmış yolun hərəkət hissəsinə çıxmış, “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisədən yayınmaq üçün sükanı sola çevirsə də, məsafə az olduğundan sağ yan hissəsi ilə “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsini vurmuşdur. Toqquşma anında “Chevrolet Cruze” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət istiqamətlərini ayıran xətti tam keçəmişdir. Toqquşma “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağında olmuşdur (hadisədən yayınmaq üçün avtomobili sola çəkmişdir). Hadisə nəticəsində avtomobillərə maddi zərər dəymiş, həmçinin “Opel Astra” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X3 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli xəsarətləri almışlar. Məhkəmə hesab edir ki, Şəxs təqsirli olması kifayət qədər sübuta yetirilmişdir, onun özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, xəta nəticəsində bir nəfərin avomobilinə maddi zərər, iki nəfərin isə sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, heç bir yüngülləşdirici halın olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar