Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2259/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi – X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 30 iyun 2021-ci il tarixli, 00700-0125/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 30 iyun 2021-ci il tarixli, 00700-0125/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC (VÖEN: **********) 1 nömrəli, 24.08.2020-ci il tarixli 2020-0134 saylı müqaviləyə əsasən, dəyəri 36000 (otuz altı min) ABŞ dolları olan yükü Sumqayıt Baş Gömrük idarəsində 26.08.2020 il tarixli **********3962 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 8160 (səkkiz min yüz altmış) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmaması barədə Sumqayıt Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsinə 34/012/001617 saylı, 09.06.2021-ci il tarixli raport daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirdi ki, Şəxs MMC (VÖEN: **********) 1 nömrəli, 24.08.2020-ci il tarixli 2020-0134 saylı müqaviləyə əsasən, dəyəri 36000 (otuz altı min) ABŞ dolları olan yükü Sumqayıt Baş Gömrük idarəsində 26.08.2020 il tarixli **********3962 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə konsiqnasiya yolu ilə ixrac etməsi və ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 8160 (səkkiz min yüz altmış) ABŞ dolları məbləğində xarici valyutanı geri qaytarmamışdır və buna görə də Şəxs MMC barəsində 30 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmmuşdur. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, etibarnamə əsasında Şəxs MMC-nin ixrac əməliyyatlarını həyata keçirir. “X9. VR TİC. LTD ŞTİ” şirkəti ilə 24.08.2020-ci il tarixdə bağlanmış 2020-0134 nömrəli müqavilə əsasında dəyəri 36000 ABŞ dolları olan yükü Sumqayıt Baş Gömrük İdarəsində 26.08.2020-ci il tarixli **********3962 sorğu nömrəli bəyannamə ilə 8160 səkkiz min yüz altmış) ABŞ dolları məbləğində və eyni müqavilə əsasında **********3982 saylı bəyannamə ilə 8160 ABŞ dolları məbləğində “Alimimum külçələr” yükünü Türkiyə Cümhuriyyətinə ixrac etmişlər. İxrac etdikləri yüklərin qarşılığında xarici valyuta vəsaitləri qarşı tərəf Türkiyə Cumhuriyyətinin “Uğur. Metal San VR TİC. LTD ŞTİ” şirkətində maliyyə problemləri yarandığından bank vasitəsi ilə xaricdən geri qaytarılmaməşdır. Həmin şirkət iyul ayının sonuna kimi pulu ödəcəyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, Sumqayıt Baş Gömrük İdarəsinin və hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində bəyan etməklə **********3962 saylı Gömrük bəyannaməsi ilə 36000 (otuz altı min) ABŞ dolları məbləğində “Alüminium külçələr” yükünü Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmışdır. İxrac olunmuş malın müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi köçürülməli olan ümumilikdə 36000 (otuz altı min) ABŞ dolları məbləğində xarici valyutanın 27840 ABŞ dolları geri qaytarılmış, lakin 8160 (səkkiz min yüz altmış) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. İş materiallarında olan 26.08.2020 il tarixli **********3962 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC (VÖEN **********) 36000 (otuz altı min) ABŞ dolları məbləğində malları konsiqnasiya yolu ilə ixrac edilmişdir. Azərbaycan Respublikasının prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda qanunun 12.2 və 12.3-cü bəndələrinin tələblərinə əsasən 180 gün müddətində xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçı nın Azərbaycan Respulikasında müvəkkil bankdakı olan hesabına köçürülməsinın təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC (VÖEN **********) barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 8160 (səkkiz min yüz altmış) ABŞ dolları valyuta vəsaiti məbləğinə münasibətdə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 8160 (səkkiz min yüz altmış) ABŞ dolları pul vəsaitinin 30 (otuz) faizi məbləğində, yəni 2448 (iki min dörd yüz qırx səkkiz) ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın icrası Bakı şəhəri, Binəqədi rayonu üzrə İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2259/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2259/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver