Məhkəmə qərarları › İş №3(060)-2261/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2261/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2261/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs Qurbanəli oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt Regional vəkil Burosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli olmaqla MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli MN ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində taksi sürücüsü Etibar Musayevi pul xırdalamaq adı ilə aldadaraq 50 manat pulunu, MN ******* №-li protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində iki mərtəbəli yaşayış binalarının həyətində Zərərçəkmiş şəxs Qurbanəli oğlunun 200 manat pulunu xırdalamaq adı ilə ələ keçirmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* №-li və MN ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2261/2023 və 3(060)- 2262/2023 №-li işlər bir icraatda 3(060)-2261/2023 nömrə ilə birləşdirilməsi, 3(060)- 2262/2023 №-li işlər birləşdirildiyi üçün həmin nömrə üzrə işlərin icraatına xitam verilməsi qərara alınmışdır. Protokolları tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 tərtib edilən protokollarda qeyd olunanla uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, xx.xx.2023-cü il tarixli ******* №-li protokol üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs foto-şəklini zərərçəkmiş şəxs Etibar Musayevə göstərmiş, sonuncu isə onu aldadan şəxsin foto-şəkildə olan şəxs olduğunu bildirmişdir. Hazırkı məhkəmə iclasına isə Etibar Musayev şəxsi işləri olduğu üçün gələ bilməmiş, bölmədə müvafiq ərizə yazaraq getmişdir. Bölmədə olan zaman zərərçəkmiş şəxs Etibar Musayev Şəxs uzaqdan görmüş, Şəxs Etibar Musayevi görməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində iki mərtəbəli yaşayış binalarının həyətində adını bilmədiyi şəxsdən yükdaşıma adı ilə 200 manat pulunu xırdalamaq adı ilə ələ keçirmiş, lakin maddi vəziyəti çətin olduğu üçün pulu götürüb oradan uzaqlaşmışdır. Belə ki, uşağı xəstə olduğu üçün pula ehtiyacı olduğundan bu əməli törətmişdir. Bu hissədə özünü tam təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Qurbanəli oğlunun ona qarşı şikayəti yoxdur. Bu səbəbdən qeyd olunan hissədə iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li digər protokol üzrə zərərçəkmiş şəxs Etibar Musayevi tanımır, belə ki, o, həmin şəxsə qarşı heç bir xırda talama əməli törətməmişdir. Musayev Etibardan xırdalamaq adı ilə 50 manat pul almamışdır. Polis Bölməsində etiraf edici izahat yazmasının səbəbini isə həmin izahatı oxumaması, yalnız imza atması ilə izah edir. Eyni zamanda bildirir ki, həmin izahatın ondan Zərərçəkmiş şəxsla bağlı alındığını zənn etmiş, məhz buna görə izahata sonda imza atmışdır. Bölmədə olarkən zərəşəkmiş şəxs Etibar Musayevi görməmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli, ******* №-li protokol üzrə heç bir təqsiri olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs Qurbanəli oğluna dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Qurbanəli oğlu bildirdi ki, özünə məxsus «Ateco» markalı, **-RQ-*** d/q/nişanlı yük maşını ilə yükdaşımə xidməti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə yükdaşıma xidməti ilə məşğul olan sürücülərin «Whatsapp» qrupunda Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsindən Ucar rayonuna yük aparmaq istəyən şəxs barədə məlumatı görüb, sifarişi verən şəxsin 070 ***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxslə yükü 250 manata aparmağa razılaşmış və təxminən saat 22:50 radələrində həmin şəxslə Sumqayıt şəhər dairəsində görüşmüşdür. Həmin şəxs onu Sumqayıt şəhəri, St.Sumqəyıt qəsəbəsində yerləşən 2 mərtəbəli yaşayış binalarının həyətinə aparmış, orada ondan 100 manata xırdası olub-olmadığını soruşmuş və cibindəki pulları çıxardan zaman 200 manata xırdası olub-olmadığını soruşmuşdur. Ona iki ədəd 100 manatlıq pul vermiş və həmin şəxs maşını binanın girişinin qarşısına sürməyini istəmişdir. Həmin şəxs binaya tərəf getmiş və gözdən itdiyi üçün mobil telefonuna zəng vurduqda, evdən açarları götürüb gələcəyini demiş, lakin təxminən 20-25 dəqiqə gözləsə də həmin şəxs geri qayıtmadığı üçün onun mobil nömrəsinə dəfələrlə zəng vursa da nömrəsini əngəllədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra aldandığını başa düşərək DİN-in «102» Xidmətinə müraciət etmişdir. Onu da qeyd edir ki, hadisə nəticəsində ona 200 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda Şəxs tərəfindən ona qarşı dəymiş ziyan ödənilmiş, bu səbəbdən sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Qurbanəli oğlu ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş şəxs Etibar Musayev ərizə ilə müraciət edərək, ona dəymiş 50 manat maddi ziyanı ödənilmədiyini, Şəxs şikayətçi olduğunu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan 24 avqust 2023 və 11 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə hər iki epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00-da tutulmuş, xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol üzrə Zərərçəkmiş şəxs Qurbanəli oğluna qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Qurbanəli oğluna vurulmuş zərər ödənilmişdir, Zərərçəkmiş şəxs Qurbanəli iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs barəsində tərtib edilmiş digər xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol üzrə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə birlikdə araşdıraraq, işin hallarını, nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Təqdim edilmiş materiallardan birmənalı olaraq hadisənin inzibati xəta haqqında protokolda qeyd olunduğu kimi məhz Şəxs tərəfindən törədilməsi qənaətinə gəlmək mümkün deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı Rəşad Cəfərovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs Etibar Musayevi tanımadığını, belə bir hadisənin baş vermədiyini bildirmişdir. Məhkəmə iclasında ittiham tərəfini təmsil edən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1 Məmmədovun müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib edə bilməmişdir. Belə ki, sahə rəisi Rəşad Cəfərov zərərçəkmiş şəxs X6 Məmmədovu foto-şəkil vasitəsi ilə göstərdiyini, sonuncunun Şəxs tanıdığını bildirsə də, bu barədə məhkəməyə heç bir yetərli və mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda sahə inspektorunun qeyd etdiyi kimi zərəçəkmiş şəxs Etibar Musayev müvafiq ərizə yazmaq üçün xx.xx.2023-cü il tarixdə bölməyə gəldiyi və bölmədə olduğu halda onunla inzibati xətanın tərədilməsində təqsirləndirilən şəxslə görüş üçün şərait və barışığın əldə edilməsi imkan yaradılmamışdır. Şəxs 5-ci Polis bölməsinin müvəqqəti saxlama yerində saxlanıldığı halda sahə inspektoru nədənsə zərərçəkmiş şəxsə Şəxs real olaraq göstərmək əvəzinə onun fotoşəklini göstərməklə kifayətlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində xx.xx.2023-cü il tarixli, ******* №-li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar