Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2263/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Şikayət vermiş şəxs – Məmmədov Mahir Hidayət oğlunun və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi – X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 Hidayət oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X9 Hidayət oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Mahir Hidayət oğlu bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb kimi Sumqayıt şəhər prokurorunun 05 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılmalı olması haqqında qərar olduğunu bildirdi. Belə ki, 2022-ci ilin aprel ayında Sumqayıt şəhər Prokurorluğuna şahid kimi çağırılan zaman istəristəməz həyəcanlı olmuş, latın qrafikasında yazıb oxuya bilmədiyi üçün izahatını ətraflı oxuya bilməmiş və onun izahatını alan şəxs izahatın məzmunu ilə onu tanış etmədən ona qol çəkdirmişdir. Məmmədov Mahir Hidayət oğlunu dindirən şəxs onun həyəcanlı olmağından istifadə edərək ona yönəldici suallar verərək X4 guya onun tərəfindən çayxanada müqaviləsiz işləməsi və onun hər dəfə ona 10 manat pul verməsi barədə qeyriobyektiv məlumatları izahatına daxil etmiş və izahatı təhrif olunmuşdur. O latın qrafikası ilə yazıb oxuya bilmədiyi üçün ikinci dəfə izahatı alınmış, lakin yenə də ona başqa məzmunda izahata qol çəkdirilmişdir. Ondan sonra X7 da izahat vermiş, həmin kafedə işləmədiyini və onun Afətə hər hansı pul vermədiyini demişdir. Buna baxmayaraq nə onun ikinci kiril əlifbası ilə yazdığı izahat, nə də X4 izahatı inzibati iş materiallarına əlavə edilməmişdir. Ali təhsilli olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirdi. X5 və onun həyat yoldaşını 2020-ci ildən tanıyır. O zamana qədər onları tanımamışdır. X7 ilə ailəvi dostluq münasibətləri olduğu üçün X7 tez-tez onun obyektinə gəlirmiş. Sadəcə 5-6 dəfə ona çay vermişdir. X1 xəstəliyi olduğunu bildiyi üçün ona şərait yaratmışdır ki, mətbəxdə yeməkləri qızdırsın, çay dəmləyib içsin. O X7 ilə iyul ayından müqavilə bağlayaraq rəsmi qaydada işləyir. X7 həmin obyektə saat 12-15 arası gəlir və saat 6-7 arası gedir. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Mahir Hidayət oğlu etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti bildirdi ki, Məmmədov Mahir Hidayət oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci ilə 3500 manat məbləğində cərimə edilmişdir. Qərarın qəbul edilməsinə səbəb kimi onun 2020-ci ilin əvvəllərindən başlayaraq 04 aprel 2022-ci il tarixinə kimi X5 əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi göstərilmişdir. Lakin inzibati xəta barədə ətraflı və inzibati icraat qaydasında araşdırma aparılmadan inzibati xəta əməli sübut olunmadığı halda qeyri-obyektiv, bir tərəfli, ədalətsiz və əsassız qərar çıxarılmışdır. Belə ki, Məmmədov Mahir Hidayət oğlu X5 əmək müqaviləsi olmadan qış ayları ərzində və 14-15 mart 2022-ci il tarixdən Koronavirus pandemiyasının başlanması ilə əlaqədar insanların çayxanalara gəlməməsi və xüsusi karantin rejimində işlədə bilməzdi. İşləsə belə karantin rejiminin qaydalarına əsasən polis əməkdaşları tərəfindən inzibati qaydada cərimə olunardı. Bu səbəbdən də fəaliyyəti oladığı dövrdə onun kimisə işlətməyi həqiqəti əks etdirmir. Həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb Sumqayıt şəhər prokurorunun 05 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılmalı olması haqqında qərar olmuşdur. Belə ki, Məmmədov Mahir Hidayət oğlu latın qrafikasında yazıb oxuya bilmədiyi üçün izahatını ətraflı oxuya bilməmiş və onun izahatını alan şəxs izahatın məzmunu ilə onu tanış etmədən ona qol çəkdirmişdir. Məmmədov Mahir Hidayət oğlunu dindirən şəxs onun həyəcanlı olmağından istifadə edərək ona yönəldici suallar verərək X4 guya onun tərəfindən çayxanada müqaviləsiz işləməsi və onun hər dəfə ona 10 manat pul verməsi barədə qeyri-obyektiv məlumatları izahatına daxil etmiş və izahatı təhrif olunmuşdur. O latın qrafikası ilə yazıb oxuya bilmədiyi üçün ikinci dəfə izahatı alınmış, lakin yenə də ona başqa məzmunda izahata qol çəkdirilmişdir. Ondan sonra X7 da izahat vermiş, həmin kafedə işləmədiyini və onun Afətə hər hansı pul vermədiyini demişdir. Buna baxmayaraq nə onun ikinci kiril əlifbası ilə yazdığı izahat, nə də X4 izahatı inzibati iş materiallarına əlavə edilməmişdir. Ali təhsilli olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirdi. X5 və onun həyat yoldaşını 2020-ci ildən tanıyır. O zamana qədər onları tanımamışdır. X7 ilə ailəvi dostluq münasibətləri olmamış, evlərinə gediş-gəliş olmamışdır. X7 tez-tez onun obyektinə gəlmişdir. X4 xəstəliyi olduğunu bildiyi üçün ona şərait yaratmışdır ki, mətbəxdə yeməkləri qızdırsın, çay dəmləyib içsin. X7 həmin obyektə saat 12-13 arası gəlir və saat 16-17 arası gedirdi. Sadəcə 5-6 dəfə əri gələn zaman onlara çay vermişdir. Eyni zamanda bir-iki dəfə obyektin tozunu silməkdə köməklik göstərimiş və o, bunun müqabilində 10-20 manat pul vermişdir X2 iyul ayından başlayaraq müqavilə əsasında rəsmi qaydada işləyir. Bu səbəbdən Məmmədov Mahir Hidayət oğlu barəsində tərtib olunmuş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X10 izahatında göstərdi ki, Məmmədov Mahir Hidayət oğlu X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Tətəflərindən qərar qəbul edilənədək barəsində inzibati icraat aparılan şəxs dəvət edilmiş, onun hazırda məhkəmədə çıxış edən nümayəndəsi və vəkili iştirak etmiş, hər hansı dəlil və sübut təqdim oılunmamışdır. Məmmədov Mahir Hidayət oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən şahid X7 bildirdi ki, onkoloji xəstəliyi vardır. Həyat yoldaşı ilə daimi olaraq parkda gəzirlər. Həmin obyekt də balaca bir yerdir. Məmmədov Mahir Hidayət oğlu ilə ailəvi dostdurlar. 6-7 ildir ki, bir-birilərini tanıyırlar. Evlərinə gedişgəlişləri olmuşdur. Həyat yoldaşı ilə parkda gəzən zaman tez-tez həmin obyektdə otururlar. Elə olub ki, o özü orada çay dəmləyib gətirmiş, oturub içmişlər. Ola bilsin ki, kimsə onun əlində çay apararkən görüb düşünmüşdür ki, o orada işləyir. Prokurorluqda onun da izahat verdiyini, izahatını oxuyaraq imza etmişdir. Birinci izahat verərkən dediklərinin yazılmadığını, o israr etdikdən sonra izahatın dəyişdirildiyini və sonradan qol çəkmişdir. Müstəntiq ona israr edərək izahatda ona həmin obyektdə işlədiyini yazmasını bildirmişdir. Yaşadığı ev ilə həmin obyekt arasında təxminən 5-6 km məsafə olduğunu, ora kimi çox obyektlər olduğunu, lakin Məmmədov Mahir Hidayət oğlu ilə ailəvi dost olduqları üçün onun yanına getdiklərini bildirdi. Onun evdən çıxması, oraya getməsi, parkda gəzməsi təxminən 2-3 saat çəkirdi. Təxminən saat 16-17-də həmin obyektə getdiyini, saat 18-19 radələrində çıxıb evə getdiyini bildirdi. Həyat yoldaşı taksi fəaliyyəti ilə məşğul olur və onu oradan götürüb evə aparırdı. Verilmiş sorğu-sual zamanı şahid hal-hazırda işlmədədiyini qeyd etmiş, lakin Məmmədov Mahir Hidayət oğlunun izahatında onun iyul ayından rəsmi olaraq onun həmin obyektə işlədiyinə dair qeydi bildirildikdən sonra şahid həmin faktı təsdiq etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Məmmədov Mahir Hidayət oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin MN ******* saylı, 08 iyul 2022-ci il tarixli qərarından görünür ki, Məmmədov Mahir Hidayət oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məmmədov Mahir Hidayət oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin **********4/22 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məmmədov Mahir Hidayət oğlu tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş və xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Məmmədov Mahir Hidayət oğlunun Sumqayıt şəhər Prokurorluğuna verdiyi izahatın surətindən görünür ki, iaşə sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu məqsədlə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** nömrəli qeydiyyat nömrəsi ilə VÖEN əsasında fəaliyyət göstərir. 2 saylı Ərazi Vergilər Departamentində qeydiyyatdadır. 2013-cü ildən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkı ərazisində atası Məmmədov Hidayət Hüseyn oğlunun adına kommersiya obyekti açaraq oranı çayxana kimi işlədir. Çay evi cəmi 40 kv.metr olmaqla uzunluğu 8 metr, eni 5 metr, hündürlüyü isə 3,5 metrdir. Həmin çay evi bir zal və bir otaqdan ibarətdir. Çayxana həftənin bütün günü səhər saat 10:00-dan gecə saat 24:00-dək işləyir. Orada ondan başqa soyadını bilmədiyi Afət adlı qadın da çayçı olaraq işləyir. Həmin qadın bir neçə ildir ki, səhv etmirsə 2020-ci ildən çayxanada işləyirdi. O, əmək müqaviləsi olmadan hər gün səhər saatlarından axşamadək orada çalışır, müştərilər üçün çay dəmləyir. O, sonuncu dəfə 2022-ci ilin aprel ayının 22-də həmin çayxanada işləmişdir. Afətə işlədiyi hər gün 10 manat pul verirdi. Onunla əmək müqaviləsini yayda bağlamağı düşünür.Afət adlı qadın həmin çayxanada işləsə də qış aylarında müştəri çox olmadığından o, çayxanaya hər gün gəlmirdi. Ona görə də onunla əmək müqaviləsi bağlamamışdır, lakin işlədiyi günlərdə ona hər gün 10 manat əmək haqqı ödəmişdir. Çayxanaya müştərilər yaz-yay aylarında çox gəlir və Afət də həmin aylardan davamlı olaraq çayxanada işləmişdir. Yaz-yay aylarında onunla nə üçün əmək müqaviləsi bağlamamasına cavab olaraq bu barədə heç bir söz deyə bilməyəcəyini bildirmişdir. Daha sonra kiril əlifbası ilə izahatı oxudum, sözlərimlə yazılıb imzala təsdiq edirəm qeyd olunaraq izahat imzanalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs Məmmədov Mahir Hidayət oğlunun və şahid X4 ifadələrini dinləyərək onların hansı münasibətdə olmaları, hansı müddətdən bir-birilərini tanımaları, qeyd olunan obyektdə gəliş-gediş saatları barədə verdikləri ifadələr arasındakı ziddiyyəti onların özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Eyni zamanda iş materiallarından və tərəflərin verdikləri izahatlardan da görünür ki, Məmmədov Mahir Hidayət oğlu X7 ilə iyul ayından, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən cərimə edildikdən sonra rəsmi qaydada müqavilə bağlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Məmmədov Mahir Hidayət oğlu X5 əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədən araşdırılan hallarla sübuta yetirilir. Belə ki, şahidlə barəsində inzibati icraat aparılan şəxsin izahatı arasında iaşə obkeytinə şahidin gəlməsi vaxtı, onun şahidlə ailəvi dost olması və tanışlığının başlama vaxtı ziddiyyətlidir. Eyni zamanda məhkəmə xüsusi olaraq vurğulayır ki, şahidin səhhəti ilə bağlı iaşə obyektinə yalnız bir-iki saatlıq dincəlmək məqsədi ilə gəlməsinə dair barəsində inzibati qərar qəbul edilmiş şəxs və şahidin göstərdikləri dəlilləri inandırıcı deyil, ona görə ki, şəxs inzibati qaydada cərimələndikdən sonra şahid həmin iaşə obyektində rəsmi qaydada işə başlamışdır. Bununla da məhkəmə gəldiyi qənaətə görə Məmmədov Mahir Hidayət oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə Məmmədov Mahir Hidayət oğlunu 3500 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Məmmədov Mahir Hidayət oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2263/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2263/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver