Məhkəmə qərarları › İş №3(060)-2264/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2264/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2264/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, Həsənov Anar Qələndər oğlunun, barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə Həsənov Anar Qələndər oğlunun barəsində olan xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, Həsənov Anar Qələndər oğlu şikayətində barəsində olan Sumqayıt DYP-nin çıxardığı EQ ******* nömrəli elektron protokol və onun əsasında çıxarılmış qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət düzgün verilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Həsənov Anar Qələndər oğlu Sumqayıt DYP-nin çıxardığı EQ ******* nömrəli elektron protokol və onun əsasında çıxarılmış qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarı şikayətinə əlavə etməmişdir. Bundan başqa qanunvericilikdə yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulsa da, Həsənov Anar Qələndər oğlu barəsində olan inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda Həsənov Anar Qələndər oğlu şikayəti imzalamamışdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Odur ki, Həsənov Anar Qələndər oğlunun şikayəti icraata qəbul edilə bilməz. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Həsənov Anar Qələndər oğlunun barəsində olan EQ ******* nömrəli elektron protokol və onun əsasında çıxarılmış qərardan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər Həsənov Anar Qələndər oğluna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar