Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2265/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X20 Yadigar qızının sədrliyi, X6 iclas katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, Qərardan şikayət verən şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Şöbəsi tərəfindən mülkiyyətində olan Toyota markalı **-GV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə həbs qoyulmuşdur. Bu barədə məlumat həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən müvafiq şəxsə dövlət yol polisi əməkdaşı tərəfindən bildirilmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixində tərəfindən vəkilə təmsilçiliklə bağlı etibarnamə təqdim edilmişdir. Daha sonra nümayəndəsi xx.xx.2025-ci il tarixində Səbail rayon İcra Şöbəsinin icra məmuru Elşad Əhmədovun qəbulunda olmuş və “İcra haqqında qanunun” 29-cu maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş icra işi materialları ilə, o cümlədən mübahisələndirilən qərar ilə tanış olmuş və onun surəti əldə edilmişdi. İcraat materialları ilə nümayəndəsi tanış olan zaman müəyyən edilmişdir ki, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən barəsində AR İXM-nin 233.1-ci maddəsi üzrə 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Daha sonra həmin qurumun xx.xx.2025-ci il tarixli 28 nömrəli qərarına əsasən həmin inzibati tənbehvermə haqqında qərar həmin tarixdən məcburi icraya yönəldilmişdir. Bu zaman inzibati cərimələrə əlavə olaraq 2400 manat dəbbə pulu da hesablanmışdır. Nəticədə, həmin inzibati tənbehvermə haqqında qərarın icrası məqsədilə Səbail rayon İcra Şöbəsinin icra məmuru Elşad Əhmədovun xx.xx.2025-ci il tarixli qərarı əsasında mülkiyyətimdə olan nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. Beləliklə, sözügedən qərarın surəti rəsmi qaydada məhz xx.xx.2025-ci il tarixində icra məmuru tərəfindən nümayəndəsinə təhvil verilmişdir. Buna baxmayaraq həmin qərarların qəbulundan və inzibati xəta haqqında icraatın aparılmasından ümumiyyətlə, məlumatı olmamış və həmin qərarlar, icraat sənədləri AR İXM-nin 57-ci maddəsinə uyğun olaraq ona rəsmi qaydada təqdim edilməmişdir. Məlum olduğu kimi AR İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu baxımdan mübahisələndirilən qərarın surəti məhz xx.xx.2025-ci il tarixində icra məmuru tərəfindən rəsmi qaydada nümayəndəmə təqdim edilmişdir. Belə olan halda şikayət etmə müddəti ötürülməmişdir. Tərəfindən bəhs edilən qərardan yaşayış yeri üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində şikayət verilmişdir. Lakin həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 3(009)-2186/2025 nömrəli qərardadı ilə şikayət geri qaytarılmış və aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə müraciət edilməsi ona bildirilmişdir. Bu səbəbdən bəhs edilən qərarın və digər qərarın bir icraatda birləşdirməklə şikayətə baxılması barədə aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə müraciət edilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-2256/2025 nömrəli qərardadı ilə şikayət geri qaytarılmış və bəhs edilən qərarlardan ayrı-ayrılıqda şikayət verilməsi tələb edilmişdir. Məlumat üçün qeyd edir ki, Səbail rayon icra Şöbəsində mənim barəmdə tərtib edilmiş icraat materiallarında yalnız bəhs edilən qərarların surətləri vardır. İnzibati xəta haqqında icraat materialları, inzibati xətaya dair sübutlar və təqsirini təsdiq edən heç bir sənəd icra işində mövcud deyildir. Bu səbəbdən həmin qərarların barəsində hansı səbəbdən qəbul edilməsi barədə ümumiyyətlə, hər hansı məlumata sahib deyildir. Bununla belə qeyd edir ki, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati təhbehvermə haqqında qərarında mənim AR İXM-nin 233.1-ci maddəsinə uyğun olaraq inzibati cərimə edildiyim qeyd edilmişdir. Həmin maddənin dizposiziyasına əsasən inzibati məsuliyyətə səbəb olan əməl - ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasıdır. Həmin inzibati tənbeh vermə haqqında qərarın məzmununa əsasən inzibati cərimənin tətbiq edilən əsas olan hal kimi direktoru olduğu "xxxx" MMC-də (VÖEN **********) aparılan monitorinqin nəticəsinə əsasən atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olmasına istinad edilmişdir. Qeyd edilənə görə həmin monitorinq ünvan 6ndə yerləşən metal əritmə sahəsində aparılmışdır. İnzibati tənbehvermə haqqında qərarda qeyd edilənlərlə bağlı bildirir ki, təmsil etdiyi müəssiəsinin qeyd edilən ünvanda hər hansı fəaliyyət sahəsi mövcud olmamışdır. Yəni, hər hansı müəssiəsinin fəaliyyəti səhvən onların fəaliyyət kimi qələmə verilmişdir. Digər tərəfdən müəssisədə bəhs edilən qurum tərəfindən hər hansı monitorinq də aparılmamışdır. Yəni, o, belə bir monitorinqdə heç vaxt iştirak etməmişdir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 71.1-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin qanunun 71.2.1-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları xidməti vəsiqələrini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz daxil olmaq hüququ vardır. Eyni zamanda “Atmosfer havasının mühafizəsi haqqında” qanunun 24.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları sahibkarlara münasibətdə 'Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirirlər. Habelə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 13 fevral tarixli 126/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnamənin” 4.0.9-cu bəndinə əsasən İdarənin əməkdaşları nəzarət funksiyalarının icrası zamanı xidməti vəsiqələrini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə maneəsiz daxil olmaq hüququna malikdi. Həmçinin, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların yahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bununla yanaşı “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə ”nin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Aydın olduğu kimi monitorinq özü bir yoxlama tədbiri hesab edilir və yoxlamaların vahid reyestrində qeydiyyata alınmaqla həyata keçirilə bilər. Lakin inzibati təhbervermə haqqında qərarda guya müəssisənin fəaliyyət göstərdiyi ünvana gəlməklə monitorinqin aparıldığı qeyd edilsə də , bu yoxlama tədbirinin nə vaxt və hansı qaydada keçirilməsi barədə məndə hər hansı məlumat yoxdur. Belə ki, bu monitorinqin aparılması üçün mənə həmin qurumun əməkdaşları tərəfindən xidməti vəsiqə, yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim edilməmişdir. Mən belə bir yoxlama prosesində iştirak etməmişəm. Bu səbəbdən qanunsuz monitorinq əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati təhbehvermə haqqında qərar da öz növbəsində tamamilə qanunsuzdur və ləğv edilməlidir. Bundan əlavə inzibati orqan qanunsuz inzibati tənbehvermə haqqında qərar qəbul etməklə yanaşı, həm də bu qərarları qanunvericiliyin tələbi pozmaqla məcburi icraya yönəltmişdi. Belə ki, “İcra haqqında qanunun” 13.1.3-2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində yönəldilə bilər. Bu baxımdan AR İXM-nirı 150.13-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Qeyd edilənlərə əsasən mən inzibati tənbehvermə haqqında qərardan məlumatlı olmamışam, inzibati orqan isə qanunvericiliyin tələbini pozmaqla xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı təxminən 1 il müddəti keçdikdən sonra icraya yönəltmiş və bu yolla süni olaraq dəbbə pulunun artmasına nail olmuşdu. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və İXM-nin 53-134.1.3-cü maddələrini rəhbər tutaraq AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X4 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, 1-ci elə şikayətlərinində də əsas mövzularından biri yoxlama qərarı və reyestrdən çıxarışın olmaması idi. Bununla bağlı 27-dən çox analoji məhkəmə, apellyasiya instansiyaları tərəfindən qəbul olunmuş analoji məhkəmə qərarlarını sistemə əlavə eləmişlər. Bu məsələ ilə bağlı vahid məhkəmə təcrübəsi var. Yenə də qeyd eləmişlər, istər ətraf mühitin, ətraf mühiti mühafizəsi haqqında qanun, istər atmosfer havasının mühafizəsi haqqında qanun, istər atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi haqqında qaydalar olsun, eyni zamanda dörd saylı X15 İdarəsinin özünün əsasnaməsində də bildirdiyi xüsusatlar qeyd edilib. İstənilən yoxlama yalnız reyestr qeydiyyata alınmaqla, xidməti vəsiqə təqdim olunmaqla, qərar təqdim olunmaqla həyata keçirilə bilər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunun, eyni zamanda sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestr aparılması qaydası haqqında əsasnamədə konkret qeyd olunub ki, belə halda aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Hətta belə yoxlamalar gedişində sahibkarın qanun pozuntularına yol verilməsi müəyyən edildikdə belə onun barəsində hər hansı bir hüquqi məsuliyyət tədbirləri görülə bilməz. Bunu aydın şəkildə qanunda yazılıb. İnzibati xətalar məcəlləsinin 53.2-ci maddədə konkret yazılıb ki, şəxsin təqsirli olmasına dair qanuna zidd sübutların nəticəsində, yəni bu sübutlar nəticəsində əgər şəxs məsuliyyətə cəlb olunursa, onun barəsində olan inzibati işə xitam verilməlidir. Eyni tələb inzibati xətalar məcəlləsinin 76.2-ci maddəsində yazılıb. Qanunvericiliyi pozmaqla əldə olunmuş sübutlarından istifadə olunmasına yol verilmir. Onlar bunu şərti olaraq qəbul eləsələr ki, MMC tərəfindən qanunvericilik pozulub, faktlar aşkar olunub. Amma bu hansı qaydada aşkar olunub? Həmin qanunvericiliyin, sahibkarlıq sferasında aparılan qanunvericiliyin pozulması nəticəsində aşkar olunur. Ona görə belə faktlara görə hər hansı bir hüquqi məsuliyyət nəzərdə tutulmur, tətbiq tətbiq də oluna bilməz. İkinci məsələ 23 iyul 2024-cü il tarixli aktdır. Bu akt Xəzər kompleks Ekologiya Monitoring İdarəsində tərtib olunub. Amma orada dörd saylının nümayəndəsi, Asəf müəllim iştirak eləyib. Aktdə yazılıb ki, filan nömrəli vətəndaşın müraciətinə əsasən onlar gəlmişlər, baxış keçirmişlər. Həmin şəxs də X13r. Onun 22 iyul tarixli şikayəti ilə yoxlama keçirilmiş, həmin şəxs isə ünvan 1 ünvanında yaşayır. Aktda yazılır ki, vətəndaş məhz Steel 2024 MMC-dən şikayət eləyib. Yəni, Sumqayıtda 300-dən çox müəssisə var. Bu vətəndaş bu Steel 2024 MMC-nin adını hardan bilir? Məhz onlardan şikayət eləsin. Bu çox maraqlı bir məsələdir. Eyni zamanda, müəssisə vətəndaşın yaşayış yerinə yaxın məsafədə yerləşdiyi yazılıb. Vergidən arayışları, icarə müqavilələri və sairini əlavə eləmişlər ki, Steel 2024 MMC Kimyaçılar küçəsində yerləşir. Vətəndaşın ünvanı isə ünvan 2yış binası istiqamətində yaşayır. Aralarında onlarla kilometr məsafə var. Bu tüstü, qoxu, o ətrafda yaşayan heç kimi narahat eləmir, gəlir ancaq bu Bağça Şəhərdə, görünməyən yerlərdə yaşayan vətəndaşı narahat eləyir. Bu vətəndaş şikayəti formaldır. Sırf hər hansı bir müəssisənin fəaliyyətinə süni müdaxilə üçün zəmin yaratmaq üçün bunlar sadəcə yazılıb. Qeyd etdiyi nüanslar ehtimallar deyil, faktlardır. Bu faktların hamısını öz yazılı izahatlarında qeyd eləmişlər. Çox maraqlı məsələ və var ki, vətəndaşı qoxu gəlməsindən şikayət edir, lakin bu akta vətəndaş imza atmır. Yazılır ki, vətəndaşa təklif elədik, vətəndaş aktı imzalamaqdan imtina elədi. Yaxşı, sual yaranır, vətəndaş özü şikayət eləyirsə, onun müraciətini araşdırırlarsa, niyə aktı imzalamaqdan imtina eləsin? Axı şikayəti vətəndaş eləmişdir. Bu artıq o deməkdir ki, bu sənədləşmə formal aparılıbdır. Bu vətəndaş müraciətləri sadəcə müəyyən vəzifəli şəxslərin sifarişi ilə süni şəkildə edilir ki, əllərində o şikayəti bayraq eləsinlər. Vətəndaşı məhkəməyə də çağırıb dindirə bilərik. MMC-nin akt adı yoxdur və MMC-nin əməkdaşları orada iştirak eləmirlər. Yəni aktın özündə də bu fakt sübut olunur ki, onlar prosesdə iştirak etməmişlər. İştirakları olmadan gəliblər, özü də fotoşəkillər əlavə olunub, fotoşəkillər, iş materiallarındadır. Fotoşəkillərə görə yoxlama nə vaxt keçirilib? Yay aylarıdır. Təxminən avqust, iyul ayıdır. Fotoşəkildə axşam qaranlıq bir obyekt şəkli düşür və yayda saat 21:00dan sonra hava qaranlıqlaşır. Yəni saat altıda hava qaranlıq olmur ki. Bu o deməkdir ki, 21:00-da, bəlkə də 21:00-dan sonra şəkil çəkiblər. Elə deyirlər ki, onlar gündüz yoxlama aparmışlar. Amma MMC-nin bu məsələdən məlumatı yoxdur. Eyni zamanda aktda qeyd olunur ki, Ankati 64 tipli xüsusi texniki vasitələrdən istifadə olunub. Həmin texniki vasitə havanı yoxlayıb, onun tərkibinin, filan-filan qazlarından ibarət olduğu öz əksini tapıb. Cihazın göstəricisinin doğurdan da 7.7 milli qram olmasına dair yenə də heç bir material, heç bir sübut yoxdur. Ərazinin bir şəklini çəkirlər. Əllərində də bir aparat var onda aparatın da göstəricisini çəkmək mümkündür. Görək göstərici 7.7-dir və yaxud da ki, cihazdan çıxarış alaq da, filan tarixdə, filan saatda biz orda olmuşuq, ciahzın göstəricisi də budur. Təqdim olunmuş materiallarda biz o göstəricini görmürük. Sadəcə olaraq, iki nəfər dayanıb, qaranlıqda şəkil çəkiblər. Həmin göstəricinin, yəni normaldan yüksək olmasına dair hər hansı bir sübut, dəlil, fotoşəkil, cihazdan çıxarış və sairə, iş materialında yoxdur. O deməkdir ki, süni olaraq o yalan məlumatlar orda qeyd olunub. İkinci bir məsələ həmin aparat cihaz, Rusiya istehsalıdır və ona aid istifadəçi təlimatını, onların fabrikinin saytı var. Bu dəqiqə istənilən şəxs onunla tanış ola bilər və həmin saytda instruksiyası istifadəçi təlimatı var. Həmin istifadəçi təlimatını onlar məhkəmə sənədlərinə əlavə eləmişlər. İstifadəçi təlimatına baxdıq, elə cihazın tətbiq olunduğu sahələr, ikinci bəndədir. Orada konkret yazılıb ki, bu cihaz nə üçün istifadə olunur? Onun təyinatı nədir? Magistral neft kəmərlərinin istismarı sahəsində müəyyən ölçmələr aparılması üçün nəzərdə tutulmuşdur. Yəni aydın olur ki, bu cihaz heç MMC-nin o monitorinqin məqsədi üçün də tətbiq oluna bilməzdi. O tam ayrı bir təyinat və məqsədi olan cihazdır. Amma burada monitorinq tam ayrı bir istiqamət üzrə aparılır və o da ziddiyyət təşkil edir. İstifadəçi təlimatı ilə tanış olsaq, aydın şəkildə qeyd olunur. Üçüncüsü, inzibati xətalar məcəlləsinin 81.1-ci maddəsində xüsusi texniki vasitələrin anlayışı verilib, metroloji sertifikatı olmalıdır və sairə, və ilaxır. Cihazın kalibrləmə sertifikatı təqdim olunub. Həmin kalibrləmə sertifikatına nəzər salsaq, həmin cihazın özünün xətallı olduğu aydın şəkildə yazılır ki, ölçən zaman normativi budur, amma ölçülən cihazın göstəricisi budur. Eyni zamanda bu cihazlarda buraxıla biləcək səhvlərin həddi yazılıb ki, nə qədər səhv olab bilər. O, deməkdir ki, bu xüsusi texniki vasitənin özü səhvlidir və daha doğrusu, xətaya yol verən bir cihaz olmuşdur. İkincisi, buraxıla bilən səhv miqdarı, hazırki cihazlar üçün ki, sertifikatda qeyd olunub, 5 milliqram miqdarındadır. Yəni 5 milliqrama qədər bu cihaz səhv eləyə bilər. MMC-də 7.7 müəyyən olunub ki, norması beşdir, amma 7.7-dir, belə deyək də, bizdəki havanın karbon dioksidinin miqdarı 2.7 milli qramdır. Bu, səhv buraxıla bilən norma çərçivəsindədir. Biz hardan bilək ki, bu doğurdan düz çəkilib? Çünki bu aparatların özündə deyirlər ki, 5 milliqram səhv eləyə bilər. Burda 2.7 milliqram olub da, böyük bir rəqəm olmamışdır. Amma o rəqəmin özünün, həmin cihaz üçün nəzərdə tutulan spesifik buraxıla bilən səhv həddidə olduğuna görə, artıq şübhəyə şərait yaradır və əsaslı şübhələrdir. SSRİ-nin Səhiyyə Nazirliyinin yaşayış yerlərində atmosfer havasında çirkləndiricilərin yol verilən qatılıq hədlərinin normaları müəyyən edilmişdir. Belə bir normalar 27 avqust 1984-cü il tarixli qərarla təsdiq olunub. Hazırda SSRİ-nin normalarını əsas götürülmüşdür. Aktda da birbaşa onu qeyd edirlər. Hansı ki, bunun özü bir böyük səhvdir. Nazirlər Kabinetinin 90 nömrəli qərarı ilə təsdiq olunur. X24 Təbii Ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında əsasnamənin 6.10-cu bəndində qeyd olunur ki, atmosfer havasının monitorinqi 17 dekabr 2002-ci il tarixli, müvafiq nömrəli qaydalar ilə yaşayış yerlərində atmosfer havasını çirkləndirən maddələrin yol verən maddələrin yol verilən konsentrasiyası həddi adlı gigiyenik normaları ilə göstəricilər ilə müəyyən olunub. Onların təqdim elədiyi norma qüvvədən düşmüş SSRİ-nin normasıdır, amma fakt qanunvericiliyi deyir ki, bunların həddini sırf ikinci tətbiq olunmuş qaydalarla götürə bilərsiniz. Bu aktın özü o aktın əsassızlığını göstərir. Qüvvədən düşmüş SSRİ qanunvericiliyinin MMC-ə nə aidiyyəti var? Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalar var, onları niyə götürmürük?. Bu artıq aktın əsassızlığına dair sübutlarından biridir. Digər məsələ aparılmış monitorinqin nəticəsi ilə bağlıdır. Vətəndaşın müraciəti əsasında aparılmış bu yoxlamanın nəticəsində vətəndaşın elədiyi şikayətlər, şikayətlərlə göstəricilərin bir-birinə ziddiyyətidir. Vətəndaş deyir ki, bir qoxu gəlir, tüstü görürəm, yəni bu havanın çirkləndirildiyini göstərir. Amma yoxlama nəyi müəyyən eləyib karbon qazının miqdarının normadan artıq olduğunu müəyyən edilib. Karbon qazının elmi adı karbon monoksiddir. Karbon monoksid, gözlə görünməyən, rəngsiz, ilsiz, dadsız, qoxusuz, havada yüngül, sudan yüngül bir qazdır. Vətəndaşın şikayətinin karbon dioksidə aidiyyəti yoxdur, çünki iy- qoxu müəyyən edə bilməz. MMC-nin ətrafında yaşayanlar bunu hiss eləmir. Neçə kilometr uzaqlıqda kimsə iyqoxu ilə hər dəfə şikayət edir. Həmin yoxlama nəticəsində və vətəndaşın şikayəti öz təsdiqini tapmır, dəm qazı çıxır. Üçüncüsü, işin içində ikinci akt var ki, 25 iyul tarixlidir. O birinci akt isə 23 iyul tarixlidir. Bu 25 iyul tarixli akta, aktın məzmununa fikir versək, məhəlləyə gəlmişlər amma heç bir ölçmə aparılmır. Çünki 25 iyul tarixli akta sadəcə qeyd olunur ki, ayın 23-də onlar belə bir yoxlama keçirmişlər. 25 iyul tarixli akt ümumiyyətlə formal aktdır. Aktda qeyd edilib ki, Siyavuş Məmmədov imza etməkdən imtina edib. Ümumiyyətlə, inzibati xətalar məcəlləsinin 67-ci maddəsinə görə, şəxsi inzibati icraat zamanı kim təmsil edə bilər. Bu səlahiyyət müdafiəçiyə aiddir. Yəni bu şəxs, hüquqi savadı olmayan bir şəxsdir. Siyavuş tərəfindən də ərizə yazılıb və orada qeyd edilir: gəldilər, Asəf adlı şəxs bildirib ki, bu məzmun da onlara bir məktub verilsin, narahat olma vətəndaş, heç bir problem olmayacaqdır. O məzmunu diktə eləmiş, o da yazmışdır. Məktubda Nazilə xanımın imzası yoxdur. Məmmədov Siyəvuşa qol çəkdiriblər, onun imzasıdır. Ona deyiblər ki, narahat olma, problem olmayacaqdır. Ümumiyyətlə, orada ekoloji pasport tələb olunmurdu, çünki, MMC istehsal ilə məşğul olmayıb. MMC burada satışla məşğul olub. İstehsalatla məşğul olanda onların ekoloji pasportları olub. Onlar pulu ödəyiblər, müvafiq tələblərə riayət eləyiblər. Amma bu formada fəaliyyətə görə heç ekoloji pasport tələb olunmur. Çünki, ətrafa əgər bu zərərli qaz buraxmırsa, yəni ekologiyaya təsir eləmir, o zaman ekoloji pasport nəyə lazımdır?. Dördüncü əsas inzibati xəta haqqında iş üzrə, sənədlərin tərtibi zamanı yol verilən ziddiyyətlərlə bağlıdır. 25 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolunda qeyd olunub ki, Nazilə xanım 233.1 və 275.1.1-ci maddənin tələbini pozub. Protokolda da o cür qeyd olunur. 26 iyul tarixli, 180 nömrəli qərardad da isə qeyd olunub ki, Nazilə xanım 237.1-in tələbini pozub. Qalan maddələri 29 iyul tarixli inzibati xətalara dair bildirişdə yazıblar ki, inzibati, Nazilə xanım, 233.1 və 275.1-i pozub. Qərarda isə 275-ci maddə yazılmayıb, 237 və 233 yazılıb. Bu sənədlərin bir-birinə aidiyyatı yoxdur. Yəni o qədər qarmaqarışıq, tələm-tələsiyə salıb, sadəcə yazıblar, doldurublar, tərtib eləyiblər. İXM-nin 109.1.6-cı maddəsinin tələbi ondan ibarətdir ki, protokol və digər sənədlər düzgün tərtib edilmədikdə, özlərinə qaytarılmalıdır. Birinci sənədlər, sənədin başı ilə ayağı bir-birindən fərqli bir tərtibat, ziddiyyətlidir. Hüseynovun İlqarın şikayəti araşdırılıb, aktlarda da onu yazıblar. Amma orada Tural Şıxlının şikayəti çıxır. Tural Şıxlıda 18 iyulda şikayət verib, amma sərəncamda da görünür ki, 15 iyulda olub. Sonuncu bir məsələ ondan ibarətdir ki, hadisə də kimin təqsirin müəyyən edilməsidir. Bu, həm İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsinin tələbidir, eyni zamanda 53.2-ci maddənin tələbidir. Bununla bağlı həmin ərazi kimə məxsusdur? Alınmetal MMC-yə məxsusdur. Onlar ətraflı sənədləri də təqdim etmişlər. O ərazidə müxtəlif müəssisələr fəaliyyət göstərir. Müəssisələr hansı ki, istehsalla məşğuldur, onların hamısını texniki pasportla da yükləmişik. Alımetal MMC-nın özü daxil olmaqla istehsalla bir zamanlar məşğul olub. Orada müxtəlif müəssisələr bu istehsal fəaliyyətinə məşğul olublar və onlarla bağlanan müqavilələr təbii ki, vergilərdə qeydiyyata alınıb və qeydiyyatda obyektin nə obyekt olduğu aydın şəkildə yazılıb. Stell MMC və Alınmetal MMC arasında olan icarə müqaviləsini əlavə eləmişik ki, MMC orada hər hansı bir istehsalda məşğul olmayıb. Onların qeyd olunan inzibati xətaya aidiyyatı və təqsirləri yoxdur. Bu faktı təsdiq edən sənədləri məhkəməyə təqdim etmişlər. Həmçinin çekilmiş şəkillərin aktda qeyd edilən tarixdə çəkilməsi belə şübhəlidir. Bunu təsdiq edən fakt yoxdur. Şikayətlərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, Vəkilin qeyd etdiyi kimi, sərəncamda konkret bir şəxsin şikayəti araşdırılmalı olması qeyd edilmir. Yoxlamanın aparılması ilə bağlı sərəncam veriləndə qeyd edilir ki, müəssisədə yoxlama aparılacaqdır. Müfəttiş tərəfindən ona verilən məlumata əsasən Niton-2023 MMC-nin adı hüquqi varislik çərçivəsində dəyişdirilərək Steel 2024 MMC olmuşdur. Həmçinin ona məlum deyil ki, kalibrləmə ilə bağlı qurğunun buraxılabilən xəta payının nə qədər olmasını vəkil necə müəyyən etmişdir. Qərarda qeyd edilən əlavə maddənin olması texniki xəta nəticəsində yazılmışdır. Bu hal qərarın müəyyən etdi hissəsi ilə tam aydın olur ki, hansı inzibati xətaya yol verilmişdir. Həmçinin ölçmə cihazının kalibrləmə sertifkatı mövcuddur. Yoxlama zaman aşkar edilən pozuntunun göstəricisi aktda qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə ölçmə aparılmış, akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli aktın tərtib edilmə səbəbi isə qarşı tərəfin iştirakının təmin edilməsi məqsədi ilə edilmişdir. Qeyd etdiklərinə qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - 15 iyul 2025-ci il tarixli, 087 saylı sərəncamdan görünür ki, AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdən 10 iş günü müddətində Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindən daxil olmuş ərizə və şikayətlərin araşdırılması, nəzarət reydlər və monitorinqlərin keçirilməsi tapşırılmışdır. - İD nömrəsi 24665 olan müraciətlə bağlı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yaşayan Şıxlı Tural tərəfindən havadan tüstü iy-qoxusu gəlməsi, ətrafda mütəmadi olaraq nə isə yandırılması, sakinlərin narazı olması ilə bağlı müraciət edilmişdir. -xx.xx.2024-cü il tarixli X16 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış məktubundan görünür ki, o, X16, Sumqayıt şəhərinin sakinidir. Bu yaxınlarda bu şəhərə köçmüş və onun və ailəsinin ciddi narahatçılığına səbəb olan ekoloji problemlə üzləşmişdir. Təəssüf ki, evlərinin pəncərələrini uzun müddət açıq saxlaya bilmirlər, çünki demək olar ki, hər gün axşam və səhər saatlarında kimyəvi maddələr və qazların davamlı xoşagəlməz qoxusu hiss olunur. Bu qoxu o qədər güclüdür ki, nəfəs almaq çətinləşir və bu, atmosferə zərərli tullantıların buraxıldığını göstərir. Bu vəziyyət şəhər sakinlərinin və öz sağlamlığım üçün ciddi narahatlığa səbəb olur. Onlar daimi hava çirklənməsi şəraitində yaşamağa məcburuq ki, bu da normal həyat və iş üçün yolverilməzdir. Sumqayıt şəhərində havanın çirklənmə mənbələrini aşkar etmək və aradan qaldırmaq üçün tədbir görülməsini xahiş etdiyini qeyd etmişdir. - 23 iyul 2025-ci il tarixli, 002167 saylı aktdan görünür ki, AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində X19 Monitoriq idarəsinə elektron xidmətinə daxil olmuş məktublar (müraciətlər) tərəflərindən tədqiqat aparılmışdır. Baş mühəndis Elcan Yunuszadə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Aysəf Bayramovun iştirakı ilə keçirilən araşdırma zamanı şikayətçilər əsasən yaşadıqları yerə yaxın ərazidə fəaliyyət göstərən "xxxx" MMC və "xxxx" MMC-nin zərərli tullantı buraxdıqlarını bildirdilər. Bununla bağlı olaraq həmin obyektlərin ətrafında monitorinqlər aparıldı. Monitorinq zamanı ərazidən iyqoxu hiss olunurdu. Zavodlar əsasən metal və mis əritmə üzrə fəaliyyət göstərirlər. Həmin obyektlərin ətrafında atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarının müəyyənləşdirmək üçün ANKAT 64 m3-04 cihazı ilə ölçmə işləri aparıldı. Ölçmə nəticələrinə əsasən Steel 024 MMC-də CO (dəm qazı) 7.7 mq/m3 (norma -5,0 mq/m3), Azərcathode MMC-də CO (dəm qazı) 9.0 mq/m3 (norma -5,0 mq/m3) müəyyən edildi ki, bu da ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Ölçmə işləri zamanı SSRİ Səhiyyə Nazirliyinin “Yaşayış yerlərində atmosfer havasında çirkləndiricilərin yol verilən qatılıq hədlərinin normaları (xx.xx.1984, №3086-84) sənədi əsas götürülmüşdür. Akt iki nüsxədən ibratə tərtib olunmuşdur Fotoşəkillər akta əlavə olunmuşdur. Həmin akt yoxlayıcılar Aysəf Bayramov və Elcan Yunuszadə tərəfindən imzalanmışdır. Şikayətçilər Baxçaşəhər yaşayış kompleksində vaxtaşırı kəskin iy-qoxu olduğunu bildirdilər və akta imza atmaqdan imtina etdilər. - 25 iyul 2025-ci il tarixli, 86138 saylı aktdan görünür ki, idarənin 087 saylı xx.xx.2024-cü il tarixli sərəncamına əsasən ünvan 5 ünvanında yaşayan X10 ETSN-nin elektron ünvanına daxil olmuş müraciəti ilə əlaqədar olaraq ETSN-nin XKEMİ əməkdaşları tərəfindən Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsi, Steel 2024 MMC-ə məxsus əlvan metalların əridilməsi sahəsinin ətraf ərazilərində atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarını müəyyənləşdirmək üçün ANKAT 64 m3-04 cihazı ilə ölçmə işləri aparıldı. Ölçmə nəticələrinə əsasən Steel 024 MMC-də CO (dəm qazı) 7.7 mq/m3 (norma -5,0 mq/m3), müəyyən edilmişdir. Bu göstərici ətraf mühit üçün yol verilə bilən norma həddindən artıqdır. XKEMİ-nin xx.xx.2024-cü il tarixli 002167 saylı aktının surəti əlavə olunur. Araşdırma zamanı Steel 2024 MMC-ə məxsus əlvan metalların əridilmə sahəsinin fəaliyyətinə dair ETSN-nin DEEA-dən dövlət ekoloji ekspertiza rəyinin və ekoloji normativ sənədlərinin alınmadığı məlum oldu. Araşdırmada Steel 2024 MMC-nin səlahiyyətli nümayəndəsi X9 iştirak etdi və Steel 2004 MMC-nin idarəyə ünvanladığı 07 saylı xx.xx.2024-cü il tarixli məktubu, xx.xx.2024-cü il tarixli AR-İİİ 336015 saylı etibarnamənin surətini təqdim etdi. Akta əlavə olunub. Həmin akt yoxlayıcılar Aysəf Bayramov və Elcan Yunuszadə tərəfindən imzalanmışdır. X21 imzalamaqdan imtina etmişdir. - xx.xx.2024-cü il tarixli “inzibati xətalar haqqında işlər üzrə” bildirişdən görünür ki, ünvan 6 ünvanında yerləşən Steel 2024 MMC-nin direktoru X5 barəsində olan inzibati xəta ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmiş, həmin bildiriş ünvan tam olmadığına görə geri qaytarılmışdır. - xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın icra edilməsi üçün göndərilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərar ünvan 7 ünvanında yaşayan Steel 2024 MMC-nin direktoru X5 göndərilmiş, lakin həmin bildiriş Nazilə Məmmədova sözügedən ünvanda yaşamamsı səbəbinə görə geri qaytarılmışdır. - xx.xx.2025-ci il tarixli 28 saylı İnzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərardan görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin avqust 2024-cü il qərarına əsasən 4000 (dörd dörd yüz) manat məbləğində dəbbə pulu hesablanmaqla, cəmi 6400 (altı min dord yuz) manat məbləğində vəsaitin X2 alınaraq ödənilməsinə dair qərar icra olunması üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərilmişdir. - OMS K 08666 nömrəli Kalibrləmə Sertifkatından görünür ki, Ankat-64M3-04 səyyar cihazına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə Kalibrləmə Sertifkatı verilmişdir; kalibrləmə nəticəsində cihazın buraxılabilən xəta payı ±5+0,25*(Cbx- 20) olduğu qeyd edilmişdir. - İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, X7 tərəfindən İXM 233.1 və 275.1.1-ci maddələrinin tələbləri pozulmasına dair protokol tərtib edilmişdir. - İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərardan görünür ki, Steel 2024 MMC-ə məxsus ünvan 6ndə fəaliyyət göstərən əlvan metal əritmə sahəsinin fəaliyyətinə ETSN-nin DEEA-dən ekoloji ekspertiza rəyi alınmamış, aparılan monitorinq zamanı əritmə sahəsindən atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olmuşdur. X1 tərəfindən İXM 233.1 və 237.1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində 4000 manat cərimə növündən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, aktda adları qeyd edilən Elcan Yunuszadə və Aysəf Bayramovun obyektin qarşında müvafiq şəkillər çəkmişlər. Şəkillərdən görünür ki, şəkillər günün işıqlı və qaranlıq vaxtlarında çəkilməklə müxtəlif saatlarda çəkilmiş və həmin zaman ətrafda heç kəsin olmadığı müşahidə edilir. Həmçinin şəkillərin hansı tarixdə çəkilməsini əks etdirən göstərici yoxdur. Azərbaycan Respublikası İXM-nin: - 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. - 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. - 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. - 275.1.1-ci maddəsinə görə Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə- fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X4 İXM-nin 233.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X7 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, xx.xx.2024-cü il tarixdə saat Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsi, Steel 2024 MMC-ə məxsus əlvan metalların əridilməsi sahəsinin ətraf ərazilərində aparılan monitorinq zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı norma həddindən artıq olması qeyd olunsa da, iş materialına əlavə olunmuş atmosfer havasını hansı cihazla ölçülməsi və ölçülmüş cihaz vasitəsi ilə atmosfer havasına atılan zərərli maddələrin miqdarı foto şəkillərdə göstərilməmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X5 xx.xx.2024-cü il tarixdə keçirilmiş monitorinq barəsində heç bir məlumat verilməmişdir. Bundan başqa yuxarıda qeyd olunan protokolda barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 imzasının olmaması onun həmin protokoldan xəbəri olmadan tərtib olunması sübuta yetirilir. İnzibati materiala əlavə edlmiş fotoşəkillərə gəldikdə isə, məhkəmə hesab edir ki, qeyd edilən şəkillərdə yoxlamanın aparılması, yoxlama zamanı zərərli qazın nəzərdə tutulan normadan artıq olması, həmin göstəricinin nə qədər olması halları və yoxlamanın məhz Steel 2024 MMC-də aparılması və xx.xx.2024-cü il tarixdə aparılması öz əksini tapmamışdır. Belə ki, təqdim edilmiş fotoşəkillərdə müəyyən bir obyektin kənardan görüntüsü əks olunsa da, monitorinq aparılması və yoxlamanın nəticələri təsvir edilməmişdir. Bundan başqa monitorinq keçirilərkən və yoxlama aparılarkən “Ətraf mühitin mühafizəsi haqqında ” qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmişdir. Çünki “ Ətraf mühitin mühafizəsi haqqında ” qanunun 71.2.1-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları xidməti vəsiqələrini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat 2 reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz daxil olmaq hüququ vardır. Eyni zamanda “ Atmosfer havasının mühafizəsi haqqında ” qanunun 24.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirirlər. AR NK-nin 2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydasının” 1-ci və 3.10-cu bəndlərinə əsasən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq vəzifəli şəxsləri xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin şəxsiyyət vəsiqəsini, nəzarətin həyata keçirilməsi haqqında qərarın surətini və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq atmosfer havasını çirkləndirən və ona zərərli fiziki təsir göstərən müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, atmosfer havasına dövlət nəzarətini həyata keçirmək üçün maneəsiz daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüququna malikdir. Habelə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 13 fevral tarixli 126/Ü nömrəli əmri ilə təsdiq edilmiş “ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnamənin ” 4.0.9-cu bəndinə əsasən İdarənin əməkdaşları nəzarət funksiyalarının icrası zamanı xidməti vəsiqələrini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə maneəsiz daxil olmaq hüququna malikdi. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında " qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq 3 fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə ”nin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Qərar qəbul etmiş orqan monitorinq aparılan zamanı qanunvericiliyin yuxarıda sadalan normalarına riayət edərək, yoxlamasını həyata keçirməli olduğu halda, bu qaydalara əməl etməmişdir. Hazırki iş üzrə araşdırılmalı hallardan biri də inzibati xəta haqqında sənədlərin tərtibi zamanı yol verilən kobud qanunsuz pozuntularıdır. Belə ki , xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol AR İXM-nin 233.1-ci, 275.1.1-ci maddələrinin tələblərinin pozulması əsası ilə tərtib edilmişdir. Həmçinin, İdarənin xx.xx.2024-cü il tarixli 180 nömrəli qərardadında AR İXMnin 237.1-ci maddəsinə uyğun olaraq barəmdə protokolun tərtib edildiyi və işə baxılacağı qeyd edilmişdir. Eyni zamanda İdarənin xx.xx.2024-cü il tarixli Ç-BM/4324-411 nömrəli inzibati xətalara dair işlər üzrə bildirişində X7 barəsində AR İXM-nin 233.1-ci, 275.1.1-ci maddələrinə əsasən protokolun tərtib edildiyi qeyd edilmişdir. Bununla yanaşı hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda AR İXM-nin 233.1-ci və 237.1ci maddələri üzrə pozuntunun aşkar edildiyi qeyd edilmişdir. Göründüyü kimi iş üzrə tərtib edilmiş sənədlərin məzmunu bir-biri ilə uyğunluq təşkil etmir. Məhkəmə tərəfindən X4 nümayəndəsi və vəkili Vəkil şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, icraat zamanı inzibati xətanın törədilməsini sübut edən ölçmə cihazının göstəricisinin 7.7 mq/m3 olmasını təsdiq edən fakt mövcud deyildir. Həmçinin inzibati araşdırma zamanı qarşı tərəfin iştirakı təmin edilməmiş, akt yalnız X19 Monitoring idarəsinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Həmçinin, ölçmə aparılan zaman cihazın xəta payının nə qədər ola bilməsi və iş üçün əhəmiyyət kəsb edən digər hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin nümayəndəsi və vəkili tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X4 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X4 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2265/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2265/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver