Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2266/2022 05.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Vüqar Sultanov tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 12ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs məxsus 330 (üç yüz otuz) manat dəyərində “Samsung A12” markalı telefonu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün təqsirli bilməyərək izahatında göstərmişdir ki, telefonu oğurlamamışdır. Zərərçəkmiş şəxs ilə 10 illik dostluq münasibətlərinin olduğunu, Fərahimin ona 200 (iki yüz) manat pul borcu olduğunu və telefonu da həmin borcun əvəzinə olaraq “KontaktHome” mağazasından alaraq ona verdiyini bildirmişdir. “KontaktHome” mağazasında telefonun ilkin olaraq ödənilən komisiya xərclərini o ödəmiş qalan məbləği isə Fərahim ödəyəcəyi barədə razılığa gəlmişlər.Qalan məbləği isə ödəyəcəyini demişdir. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, təxminən 2021ci ilin oktyabr ayında Ceyranbatan qəsəbəsində bağda yaşayan atasına telefon “KontaktHome” mağazasına getmiş və mağazadan telefon almışdır. Elnur qara rəngli maşınla gələrək maşının xalası olduğunu bildirmiş, onlar maşına əyləşərək “Oba” marketə getmişlər. Marketdən çıxdıqdan sonra Elnur maşını sürüb getmiş, telefon isə onun maşınında qalmışdır. O Elnura zəng edib onunla görüşmüş, Elnur maşının rentakar olduğunu bildirmiş və maşını qaytardığını bildirmişdir. Noyabr ayında DİN-nin 102 xidmətinə zəng vurmuş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedərək ərizə vermşdir. Lakin DİN-nin 102 xidmətinə zəng vurduqda telefonun oğurlandığını bildirməmişdir. Telefonun pulunun ödənilməsini tələb edir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsinə əsasən toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs X2 müəyyən edilib barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ünvanladığı ərizəsindən onun telefonu öz adına kreditə götürərək Şəxs verməsi müəyyən olunmuşdur. Yəni Şəxs telefonu oğurlamamış, Zərərçəkmiş şəxs telefonu özü Elnura vermişdir. Məhkəmə yuxarıda göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında icraata icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2266/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2266/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver