Məhkəmə qərarları › İş №3(060)-227/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-227/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-227/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ-nin YNH inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində sürücü Şəxs idarə etdiyi “X6” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ünvan 2 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü X2 məxsus olan **-EV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin arxa hissəsindən vuraraq maddi zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Prokolu tərtib edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində sürücü Şəxs idarə etdiyi “X6” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan ünvan 2 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü X2 məxsus olan **-EV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin arxa hissəsindən vuraraq maddi zərər vurmuşdur. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi “X6” minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində onun qarşısında olan “Chevrolet Cruze” markalı avtomobili saxlamış və bu zaman həmin avtomobili arxadan vurmuşdur. Həmçinin hadisə zamanı xəsarət alan olmadığını və avtomobili idarə etmək üçün sürücülük hüququ olmadığını qeyd etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən məhkəmədən xahiş etdi. Şəxs əməli, barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olmuş və yoxlama zamanı Şəxs sürücülük hüququ olmaqdan avtomaşını idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar