Məhkəmə qərarları › İş №3(060)-227/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-227/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-227/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş 21 (iyirmi bir) sayda inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş 21 (iyirmi bir) sayda inzibati tənbeh vermə haqqında elektron qərarlardan X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində tərtib olunub, şikayət isə 20 (iyirmi) gündən artıq müddət keçdikdən sonra verilib. Eyni zamanda qanunvericiliyin tələbinə əsasən hər bir qərardan ayrıca şikayət verilməli olduğu halda 21 (iyirmi bir) sayda inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət bir şikayət ərizəsində birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş 21 (iyirmi bir) sayda inzibati tənbeh vermə haqqında elektron qərarlardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş 21 (iyirmi bir) sayda inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş 21 (iyirmi bir) sayda inzibati tənbeh vermə haqqında elektron qərarlardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar