Məhkəmə qərarları › İş №3(060)-2272/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2272/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2272/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7 Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2403/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7 Şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X3 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:31 radələrində Bakı şəhəri Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində hərəkətdə olan zaman qarşıda hərəkət edən Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət istiqamətində dayandığını görmüş, sürücünün səhhətində hər hansı xoşagəlməz halın baş verib-verməməsini aydınlaşdırmaq məqsədi ilə sürücüyə avtomobili yol kənarına sürərək saxlamasına dair işarə vermişdir. Bu zaman hələ o, xidməti avtomobili tərk etmədən sürücü ona tərəf gəlmiş, o, sürücüdən nə baş verdiyini soruşduqda, sürücünü təşfiş içində olduğunu müşahidə etmiş, bu zaman sürücüdən spirtli içki qoxusu gəldiyini müəyyən etmişdir. Sürücüdən içikili olub-olmamasını süruşduqda 1 bokal pivə içdiyini demişdir. Sürücünün sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə alkotesterdən keçməsini xahiş etmiş, sonuncu heç bir etiraz etməmişdir. Sürücünün sərxoş olub-olmaması xüsusi texniki vasitə ilə müəyyən edilmiş, Şəxs həqiqətən də sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. O, alkosterterin nəticəsini yəni 0.321 promil olmasını əyani şəkildə sürücüyə göstərmişdir. O, nəticəsinin düzgün olmasını sürücüyə sübut etmək üçün hətda özü də alkotesterdən keçmiş, alkotesterdə özünün sərxoş olmadığı, ekranda göstəricinin 0.0 promil olduğunun hər ikisi şahidi olmuşdur. Bundan sonra sürücü Cavidan Məlikov qanunamüvafiq tədbir görülməməsini, ona kömək etməsini xahiş etmiş, bu səbəbdən əvvəllər polis əməkdaşı işləmiş qohumu ilə onları telefon vasitəsi ilə danışdırmış, digər qohumlarının da Polis orqanlarında işlədiyini bildirmişdir. Bildirir ki, o polis əməkdaşı olaraq hər zaman qayda pozan sürücüləri ilk növbədə xəbərdarlıq etməklə kifayətlənir, inzibati tənbeh tədbirini az tətbiq etməyə çalışmışdır. Lakin yalnız kobud qayda pozan sürücələrə qarşı qanunamüvafiq tədbirlər görmüşdür. X6 bağlı olan halın özünü də kobud qayda pozuntusu kimi qiymətləndirmiş və sürücünün sərxoş halda nəqliyyat vasitəsi idarə etməsini açıqaşkar təhlükə mənbəyi kimi qəbul etmişdir. O, sürücüyə alkotesterin nəticəsi ilə razı olmadığı təqdirdə tibbi müayinədən keçməsini təklif edərək bu barədə hüquqlarını izah etmiş, sürücü tibbi müayinəyə getmək istəmədiyini, alkotesterin nəticəsi ilə razı olduğunu bildirmişdir. Bundan sonra qanuna uyğun olaraq sənədləşdirmə işləri həyata keçirilmiş, kömək məqsədi ilə cəlb edilmiş digər polis əməkdaşlarının müşayiəti ilə Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təmin edilmişdir. Bildirir ki, xidməti istifadəsində olmuş xüsusi texniki vasitə olan alkotester aparatı hər il qanunamüvafiq qaydada yoxlanılaraq standartlara uyğun olduğu təsdiq edilir. Ənvər Almuradov bundan başqa hadisənin görüntülərini özündə əks etdirən DVD diski məhkəməyə təqdim edərək görüntülərə baxılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir, tərtib etdiyi protokol qanuni və əsaslıdır, ona görə də məhkəmədən sürücü Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yol vərəqəsi əsasında idarə etdiyi Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan üç maşın dayandığı üçün o, da avtomobilini saxlamış, qarşı tərəfə çıxaraq hərəkət etməsi qayda pozuntusu olduğu üçün avtomobilini yolun hərəkət hissəsində saxlamışdır. Bu zaman yol polis əməkdaşı nə baş verdiyini soruşmuşdur. Bildirir ki, o, bir müddət bundan öncə açıq ürək əməliyyatı keçirmiş, bu səbəbdən adi bir hadisə olan kimi tez təşvişə düşərək, həyəcan keçirir. Yol polis inspektoru ondan spirtli içki qəbul edib-etməməsini soruşduqda o, bu gün səhər saatlarında, 11-12 radələrində həqiqətən də bir bokal pivə içdiyini bildirmişdir. Polis əməkdaşının təklifi ilə alkotesterdən keçdikdən sonra alkotesterin nəticəsinin 3.5 promil olduğunu görümüşdür. Polis əməkdaşı ona izah etdikdən sonra aktı imzalamışdır. Məhkəmə iclasında təqdim edilən ******* saylı protokoldaki imza həqiqətən də ona məxsusdur. Bundan sonra hadisə yerinə gəlmiş çevik polis əməkdaşlarını iştirakı ilə həmin avtomobil DİN BDYPİ-nin xüsusi mühafizə olunan duracağına yerləşdirilmişdir. Duracağa gedərkən yolda onun barəsində protokol tərtib etmiş Ənvər Almuradovla əlaqə yaratsa da, onun barəsində qanunamüvafiq tədbir görülməməsi üçün hər hansı razılığa gələ bilməmişlər. Avtomobili duracağa yerləşdirildikdən sonra xx.xx.2023-cü il tarixdə saat 01:16 dəqiqədə Bakı şəhəri Nizami rayonunda yerləşən narkoloji mərkəzə yaxınlaşmış, sərxoş halda olub-olmamasını yoxlamaq üçün müraciət etmiş, orada onun sərxoş olmadığı, ayıq olduğu müəyyən edilmiş və bu barədə müvafiq tibbi müayinə protokolu ona təqdim edilmişdir. O, xx.xx.2023-cü il tarixdə məsələnin aydınlaşdırılması məqsədi ilə Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7 Şöbəsinə yaxınlaşmış, tərtib edilmiş protokol onun təkidi ilə xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. O, həmçinin alkotesterin nəticəsini özündə əks etdirən protokolu da tələb etmiş, həmin protokol ona təqdim edilən zaman alkotesterin nəticəsinin 0.321 % olduğu müəyyən etmişdir. Bildirir ki, onun 4-5 aylıq yeni övladı var və bu səbəbdən hadisə baş verən gün təxminən 10-11 saat bundan öncə 1 bokal spirtli içki adlanan pivə içmişdir. O, ümumiyyətlə spirtli içki aludəçisi deyil. İlk dəfə polisdə və məhkəmədə olduğunu bildirir. Hesab edir ki, ayıq olmamasını, sərxoş olmadığını təsdiq edən xx.xx.2023-cü il tarixli həkin müayinəsində olduğunu təqsid edən müvafiq tibbi müayinə protokolu əldə etdiyindən barəsində tərtib edilmiş protokol qanunsuzdur, odur ki, göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Həm iş materiallarında olan, həm də surəti Şəxs tərəfindən təqdim edilən alkotesterin nəticəsinə dair protokoldan görünür ki, sürücü xx.xx.2023-cü il tarixdə saat 23:31-də alkotesterdən keçirilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 0.321 % promil olmuşdur. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs test olduğunu, pivə içdiyini qeyd etmiş, protokolu imza etməklə təsdiq etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilən “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:16-da müayinə olunmuş, müayinə zamanı ayıq olduğu müəyyən edilmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədə DVD diskə baxış zamanı müəyyən edilir ki, məhkəmə iclasında izahat vermiş yol patrul xidməti inpektoru X4 İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs günün axşam vaxtında, saat təxminən 23:30 radələrində Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində yolun hərəkət hissəsində hərəkətsiz qalması əsası sonuncuya avtomobili yolun kənarına sürərək saxlaması işarəsini verir. Sürücü avtomobili yolun kənarına çəkərək saxlayır, sürücü avtomobildən düşərək patrul avtomobilinə sürücü tərəfdən yaxınlaşır. Ənvər Almuradov nədən avtomobili yolun hərəkət hissəsində saxladığını soruşduqda, sürücüdə spirtli içki qoxusu gəldiyindən “içkili deyilsən” deyə sual verir. Sürücü Şəxs bu gün saat təxminən 12 radələrində 1 bokal pivə işmişəm deyə cavab verir. Daha sonra xüsusi texniki vasitənin köməkliyi ilə sürücünün alkoqol sərxoşluğu vəziyyətində olub-olmaması yoxlanılır, sürücünü 0.321 promildə alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilir. Daha sonra sürücü Şəxs DİN-də işləyən tanıdığı müxtəlif şəxlərin adını çəkməklə, onlarla qohumluq əlaqəlarının olmasını, özünün mərdiməzar adam olmadığı, həqiqətən də bir bokal pivə içdiyini, dünyaya yeni övladı gəldiyini, məhz bu səbəbdən pivə içdiyini bildirmiş, Almuradovdan ona kömək etməsini, qanunamüvafiq tədbir görməməsini xahiş etmişdir. Qeyd olunanların həm video görüntüsü, həm də səs yazları diskdə öz əksini tapmışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi ilə bağlı mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Məcidov X2 göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol, hadisənin görüntülərini özündə əks etdirən DVD disklərə, o cümlədən iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 0.321 % olduğundan o, AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir, qanuvericiliklə İnzibati Xətalar Məcəllənin 333.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması üçün müəyyən edilmiş alkoqolun miqdarı ilə yoxlama zamanı Şəxs aşkar edilmiş alkoqolun miqdarı arasında cüzi fərq vardır. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə xx.xx.2023-cü il tarixli protokolda aparılan yoxlama zamanı ayıq olduğu qeyd olunsa da, məhkəmə hesab edir, alkotesterlə aparılan yoxlamanın vaxtı ilə (xx.xx.2023, saat 23:31), Şəxs öz təşəbbüsü ilə aparılmış müayinənin vaxtı (xx.xx.2023, saat 01:16) arasında təxminən iki saata yaxın fərqin olması, həmin müddətdə cüzi fərqin aradan qalxması üçün mümkündür. Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməsə də, həmin gün saat 11-12 radələrində 1 bokal pivə içdiyini öz ifadəsində qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, Şəxs xüsusi texniki vasitə ilə müayinədən imtina etməmiş, onun nəticəsindən narazı olmamış, protokolda pivə içdiyini təsdiq etməklə onu imzalamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinə əsasən fiziki şəxslərin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması hallarından biri də dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edərək bildirir ki, yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X3 prosessual qaydalara əməl edərək xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Hyundai İX-35 minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili halı olaraq duracağa təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7 Şöbəsinin yolpatrul xidməti baş inspektoru, polis baş leytenantı X3 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs əməlini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar