Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2273/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1966-cı ildə Qubadlı rayonu, Cibikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 6, mənzil 40-da qeydiyyatda olan və yaşayan (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Qəbələ Rayon Məhkəməsinin2(025)-524 saylı, xx.xx.2014cü il tarixliicra sənədinə əsasən Şəxs 6400 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməlidir. Borclu borcunu üzrsüz səbəbdən ödəmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-524 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2009-cu il tarixdə Qəbələ rayon, Qaradyin kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq 04 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu ildə anadan olmuş X5 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə Şəxs xx.xx.2014cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir. Hal-hazırda borclunun 6400 manat borcu qalmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-524 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2009-cu il tarixdə Qəbələ rayon, Qaradyin kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq 04 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu ildə anadan olmuş X5 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcu tam ödəmək iqtidarında deyil. Maddi imkansızlıq səbəbindən borcunu tam ödəyə bilmir. Səhhətində problemlər var, cərrahi əməliyyatdan yeni çıxmış, tam sağalmamışdır. Halhazırda 400 manat ödəniş etmişdir. Hər ay müəyyən qədər pul ödəyə bilər. Bunun nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədini icra etməməsini üzrsüz səbəbdən olmadığını, hal-hazırda tələbkara 400 manat ödəniş etdiyini bildirdi və buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam vrilməsini xahiş edir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-524 saylı, xx.xx.2014cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2009-cu il tarixdə Qəbələ rayon, Qaradyin kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq 04 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu ildə anadan olmuş X5 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Qəlb Klinikasının “Stasionar xəstənin ******* №-li tibbi kartasından çıxarış”dan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qəlb Klinikasında “Ağ xətt yırtığı” diaqnozu ilə satasionar müalicədə olmuş, cərrahi əməliyyatdan sonra kafi vəziyyətdə ambulator nəzarətə yazılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli poçt ödənişi qəbzindən görünür ki, Şəxs X2 400 manat ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-524 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2009-cu il tarixdə Qəbələ rayon, Qaradyin kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq 04 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu ildə anadan olmuş X5 anası Zərərçəkmiş şəxs himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onun saxlanılması məqsədilə ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 70 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borc tam ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Borclunun əmlakı yoxdur, imkanı olduqca ödəniş edir, səhhətində problemlər var, hal-hazırda da 400 manat ödəniş etmişdir. Onun barəsində hər hansı tənbeh tətbiq edilməsi onun ödəmə qabiliyyətini daha da pisləşdirə və icra sənədinin icrasına əngəl yarada bilər. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxsnın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi ilə təyin edilmiş borcu ödəməmişdir. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Eyni zamanda, icra işindəki məlumatlardan görünür ki, borclunun icra sənədi üzrə borcunu tam ödəmək imkanında olması, lakin borcu ödəməməsi təsdiq edilmir. Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (AZ50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2273/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2273/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver