Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2276/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində İnzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili Vəkil, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin 27 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində İnzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin 27 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində İnzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmişşəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə şikayətin geri qaytarılması barədə ərizəni nəzərə alaraq, hesab edir ki, şikayət baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 132.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin 27 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət baxışdan çıxarılmaqla geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2276/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2276/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver