Məhkəmə qərarları › İş №3(060)-2277/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2277/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2277/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, xx.xx.1988-ci il Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, yataqxana 1, otaq 164 ünvanında qeydiyyatda olmuş və yaşamış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.1-ci maddəsi ilə 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin MN № ******* saylı, 25.06.2018-ci il tarixli İXM-nin 454-cü maddəsi ilə 80,00 manat inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəməyərək inzibati xəta törətmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Şəxs barəsində İXM-nin 529.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 16 iyul 2021-ci ilə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan Şəxs şəxsi məlumatları haqqında portaldan çıxarışından görünür ki, Şəxs 10.09.2020-ci il tarixdə ölmüşdür. İXM-nin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xətaya dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyü üçün İXM-nin 53.1.8-ci maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 05 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xətaya dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar